Xəbərlər ::

MƏDƏNİYYƏT :: Azerbaycan Beynelxalq Reqs Festivalında

02-04-2017 01:26

Aprelin 2-de Tiflisde  Gürcüstan Medeniyyet ve Abidelerin Mühafizesi nazirliyinin desteyi ile keçirilen IV Beynelxalq Reqs Festivalında Azerbaycanı Uşaq Yaradıcılıq Merkezinin müdiri Emine Musayevanın rehberliyi ile “Tebessüm” uşaq reqs qrupu temsil edir. APA-nın Gürcüstan bürosunun melumatına göre, beynelxalq reqs festivalında  çıxış eden “Tebessüm” uşaq reqs qrupunun üzvleri  nümayiş etdirdikleri “Basqalı” ve “Bayram” adlı reqslerle tedbirde uğur elde edibler.

 

Uşaq Yaradıcılıq Merkezinin müdiri Emine Musayeva APA-ya açıqlamasında artıq 4-cü defedir ki, her il keçirilen enenevi Vaxtanq Çabukiani adına Beynelxalq Xoreoqrafiya Festivalına qatıldıqlarını bildirib. O,  Türkiyede keçirilen “TRT 23 aprel uşaq bayramına devet aldıqlarını da bildirib.   

 

Festival çerçivesinde “Tebessüm” uşaq reqs qrupu Tiflisde azerbaycanlı şagirdlerin tehsil aldığı 64 nömreli orta mektebde “Ceyran” folklor reqs ansamblının qonağı olublar. Reqs qrupları arasında gelecekde emekdaşlığa dair razılıq elde olunub.  “Ceyran” folklor reqs ansamblını oktyabr ayında Bakıda keçirilecek uşaq festivalına devet edilib.

 

Görüşün sonunda “Tebessüm” uşaq reqs qrupu “Terekeme”, ”Basqalı” ve diger Azerbaycan reqslerini ifa edibler.

 

Qeyd edek ki, V. Çikovani adına IV Beynelxalq Reqs Festivalı sabah davam edecek. Tedbire Azerbaycan, Türkiye, Ermenistan, Rusiya ve Gürcüstanın peşekar reqqasları qatılıb.