Xəbərlər ::

SOSİAL :: İslam oyunları ile bağlı “Azerişiq”da merkezi qerargah yaradılıb

04-04-2017 10:12

 

12-22 may tarixlerinde Bakıda keçirilecek IV İslam Hemreyliyi Oyunlarının Azerbaycanın beynelxalq nüfuzunun daha da möhkemlenmesinde önemliliyini nezere alan “Azerişıq” ASC uzun müddetdir ki, yarışların keçirileceyi yerlerin, o cümleden tedbirle bağlı sosial infrastrukturların fasilesiz ve yüksek keyfiyyetli elektrik enerjisi ile temin edilmesi üçün teşkilati ve texniki tedbirler heyata keçirir.

 

Qurumdan Lent.az-a verilen melumata göre, “Azerişıq” ASC-nin sedri Baba Rzayev terefinden imzalanan müvafiq emr ve serencamların icrası ile elaqedar idman yarışlarının ve meşqlerinin keçirileceyi obyektlerin, ölkemize gelecek nümayende heyetlerinin, qonaqların yerleşdirileceyi mehmanxanaların, habele ictimai iaşe, medeniyyet, eylence ve diger sosial obyektlerin elektrik techizat sistemlerinin texniki veziyyeti yoxlanılıb, elektrik şebekelerinde müvafiq teftiş ve sınaq işleri aparılıb. Yoxlama-sınaq zamanı bezi idman obyektlerinde müeyyen edilmiş qüsurlarla bağlı resmi şekilde elaqedar federasiyalara ve sözügeden obyektlere telebnameler teqdim edilib. Eyni zamanda, veziyyetle bağlı İslam Hemreylik Oyunlarının Emeliyyat Komitesi melumatlandırılıb. Artıq sözügeden obyektlerde qüsur ve çatışmazlıqların aradan qaldırılması ile bağlı tedbirler görülür.

 

Bundan başqa, İslam Hemreylik Oyunlarının keçirileceyi yerlerin, eyni zamanda tedbirle bağlı sosial infrastrukturların fasilesiz ve yüksek keyfiyyetli elektrik enerjisi ile temin edilmesi üçün “Azerişıq” ASC-nin sedrinin emrine esasen yarışların hazırlıq dövründe görülen işlerin elaqelendirilmesi meqsedi ile Sehmdar Cemiyyet üzre Merkezi Qerargah yaradılıb, mesul şexsler de celb olunmaqla tam ehateli Tedbirler Planı hazırlanıb. Bu meqsedle idman oyunlarının keçirileceyi yerleri, habele bununla bağlı diger obyektleri qidalandıran yarımstansiya ve transformator menteqelerinde quraşdırılan rele mühafizesi, avtomat qurğuların istismarı üzre telimatların bir daha tekmilleşdirilmesi, aidiyyeti üzre gönderilmesi, yarışlarda növbe çekecek emeliyyat heyeti ve mesul şexslerin aprel ayında tekrar treninqlere celb olunması temin edilib.

 

Emre esasen idman tedbirine hazırlıq dövründe ve yarışların keçirileceyi günlerde elektrik enerjisi techizatı ile bağlı yarana bilecek bütün meselelerin operativ hell olunması üçün Azerbaycan IV İslam Hemreylik Oyunlarının Emeliyyat Komitesi ile koordinasiyalı fealiyyetin teşkili meqsedi ile “Azerişıq” ASC-de xüsusi qrup da yaradılıb.


Oxunub 44 defe