Xəbərlər ::

HADİSƏ :: Hekim sayt redaktorunu maşınla vurub qaçdı

30-08-2015 20:53

Axar.az saytının baş redaktoru Anar Nifteliyev heyat yoldaşı Elnare Tofiqqızının ölümünde ittiham etdiyi hekim Firuz İbrahimov terefinden maşınla vurulub.

 

Axar.az saytının yazdığına göre, anestezioloq Anar Nifteliyevi maşınla vuraraq qaçıb. Bütün prosesi videoya alan baş redaktor ayaqlarından ağır zede alıb ve derhal hadise yerine polis çağırıb.

 

 

Sayt qeyd edib ki, anestezioloq Firuz İbrahimov Anar Nifteliyevin şikayeti esasında heyat yoldaşı Elnare Tofiqqızının ölümü ile bağlı aparılan mehkeme araşdırması neticesinde Cinayet Mecellesinin 124.1 (mesuliyyetsizlikden insan ölümüne sebeb olma) ve 320.1 (sened saxtakarlığı) maddeleri ile ittiham olunub ve 2 il şerti azadlıqdan mehrum edilib. Lakin zererçeken teref bu qerarla razılaşmayıb ve apellyasiya şikayeti verib.

 

F. İbrahimov ise sonuncu prosesden önceki prosese teleqram vuraraq xeste olduğu üçün iştirak ede bilmeyeceyini bildirib. Son prosese ise onun özü deyil, qardaşı teleqram vurub ve bildirib ki, hekim mede xorasından eziyyet çekdiyi üçün 1 saylı Şeher Klinik Xestexanasının reanimasiya şöbesinde müalice alır.

 

Bu gün ise A. Nifteliyev onun heqiqeten xestexanada yatıb-yatmadığını yoxlamaq üçün yaşadığı ünvana baş çekib, hekimin evde olduğunu görüb ve bunu telefonun video yaddaşına köçürüb.

 

Bir qeder sonra Firuz İbrahimov evden çıxıb, maşınına eyleşib ve işe yollanıb. A. Nifteliyev hekimin maşını Henife Elesgerov küçesinde işıqforun qırmızı işığında dayandığı vaxt ona yaxınlaşıb ve mehkemeni aldatmağının sebebini soruşub. Anestezioloq ise Anar Nifteliyevi maşınla vuraraq qaçıb.Baş redaktor ayaqlarından ağır zede alıb.

 


Oxunub 270 defe