Xəbərlər ::

HADİSƏ :: Qubadlının işğalından 22 il ötür

31-08-2015 10:44

Azerbaycanın Qubadlı rayonunun Ermenistan Silahlı Qüvveleri terefinden işğal edilmesinin 22 ili tamam olur.

 

APA-nın melumatına göre,Qubadlı rayonu 1930-cu ilde yaradılıb. erazisi 802 kv.km-dir. 94 yaşayış menteqesi, o cümleden, 1 şeher ve 93 kendi var. 31 avqust 1993-cü ilde ermeniler terefinden işğal edilib. İşğal erefesinde ehali 30 mine qeder olub.

 

İşğala qeder Qubadlının iqtisadiyyatının esasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq ve üzümçülük teşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1  yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirme vetegesi, 1 daş karxanası, 1 mermer sexi, Azerbaycan “Neftqazavtomat” tecrübe zavodunun filialı ve s. fealiyyet gösterib. Ümumiyyetle, Qubadlı rayonunda 62 idare ve müessise olub.

 

Qubadlı rayonunda 61 ümumtehsil mektebi, o cümleden, 33 orta, 16 sekkizillik, 12 ibtidai mekteb fealiyyet gösterib.

 

Qubadlıda 180-e qeder medeni-maarif müessisesi olub. 84 kitabxana, 12 medeniyyet evi ve 44 klub, 7 avtoklub ehaliye xidmet edib. Rayonda 2 uşaq-musiqi mektebi de fealiyyet gösterib.

 

Ümumilikde işğal neticesinde rayonda olan 6988 yaşayış evi, 1080 kend teserrüfatı obyekti, 32 rabite, 86 sehiyye, 180 medeniyyet, 6 senaye müessiseleri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xetleri, 4830 km elektrik xetleri, 165 kilometr magistral qaz boru xetti, 146 idare, müessise binaları, 18 deyirman, 4 su nasos stansiyası, 120 eded elektrik yarımstansiyası ve transformator dağıdılıb, 13 365 hektar meşe sahesi işğal altında qalıb.

 

Ermeniler 5 minden çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini de talan edibler. IV esre aid “Gavur deresi”ndeki ibadetgah, V esre aid “Qalalı” ve “Göyqala” abideleri, 14-cü esrde tikilmiş “Demirçiler” Türbesi, Hacı Bedel körpüsü, Lalezar körpüsü, elece de Eyin, Yusifbeyli, Seytas, Qarağaclı, Xocamsaxlı kendlerindeki diger tarixi abideler hazırda işğal altındadır.

 

Ermeni tecavüzü zamanı Qubadlı 5 il müddetinde 238 şehid verib, 146 nefer elil olub. Şehidlerden Eliyar Eliyev, Vasili Eliyev, Aslan Atakişiyev, Elekber Memmedov, Kerem Mirzeyev, Aqil Memmedov, Beyler Ağayev, Kazımağa Kerimov, Sefa Axundov Azerbaycanın Milli Qehremanı adına layiq görülüb.

 


Oxunub 770 defe