Xəbərlər ::

MAQAZİN :: Azerbaycanlı bestekar xanımına mahnı yazdı - VİDEO

31-08-2015 11:55

Şou-biznesde bir çox müğennilere mahnı yazan şair-bestekar Tural Bayrameliyev növbeti kompazisiyasını heyat yoldaşı Mehriban xanıma hesr edib. Payiz.Az-a açıqlama veren bestekar bildirib ki, yeni besteni  xanımına aile heyatı qurmağının bir ilinin tamam olması münasibeti ile ermeğan edib. “Bu kompozisiyanı heyat yoldaşıma ve eyni zamanda sevib-sevilen, qelbi sevgi ile döyünen genclere hesr edirem. İnanıram bu melodiya sevenlerin remzine çevrilecek. Besteye Türkiyenin tanınmış rejissorlarından biri klip de çekilecek. Ekran işi iki gencin sevgisinden behs edecek. Obrazları türkiyeli peşekar aktyorlar canlandıracaq. Çekilişin Böyük Adada aparılması nezerde tutulub.

 

Xatırladaq ki, yeni bestesinin aranjemanı İlkin Heseniye mexsusdur. Meşhur musiqiçi Muhittin Kadriyenin rehberliyi ve böyük orkestr heyetinin müşayieti ile beste Türkiyede lente yazılıb.

 

Qeyd edek ki, T.Bayrameliyevin bestelerini şou-biznesde bir çox tanınmışlar xalq artistleri Aygün Kazımova, Brilliant Dadaşova, emekdar artistler Aygün Beyler, Almaz Elesgerli, müğenniler Nadir Qafarzade, Elçin Ceferov, Ayan Babakişiyeva ve bir çoxları oxuyub. 

 


Oxunub 372 defe