Xəbərlər ::

SİYASƏT :: "İŞİD-in Qafqaz ve Azerbaycanla bağlı da planları var"

31-08-2015 13:15

"İŞİD-in Azerbaycanı ve Qafqazı ehate eden planları var".

 

APA-nın melumatına göre, bu sözleri Efqanıstanın vitse-prezidenti, general Ebdürreşid Dostum "Anadolu" agentliyine müsahibesinde deyib. O bildirib ki, Taliban ve İŞİD tekce Efqanıstan üçün deyil, Orta Asiya ve dünya üçün böyük tehlükedir: “İŞİD dünyanın düşmenidir. Özbekistan, Türkmenistan, Qırğızıstan, Azerbaycan ve Qafqazı ehate eden planları var. Suriya ve İraqda töretdiklerinin eynisini buralarda da etmek isteyirler”.

 

İllerdir Efqanıstan türklerinin hüquqları üçün mübarize apardığını söyleyen general Dostum, özünü türk adlandıran vetendaşların problemlerle qarşılaşdığın deyib: “Efqanıstanda türk sözü bezileri terefinden sevilmir. Teklif edirem ki, Efqanıstanda olan türkmenler ve özbekler ümumilikde türk  adlandırılsın. Ölkede başlanan yenidenqurma işlerine baxmayaraq, türklerin yaşadığı bölgelerde ciddi layiheler heyata keçirilmir. Türkiye prezidenti ve baş nazirinden isteyimiz bu erazilerde mekteb ve xestexana tikdirmeleridir. Efqanıstan türkleri çox geride qalıb. Bezi şeherlerimizde mekteb yoxdur. Türkiyenin Efqanıstan türklerine kömek etmesini isteyirem. Genclerimiz tehsil almalıdır. Men öldükden sonra menim daşıdığım bayraq elden-ele keçmeli de yere düşmemelidir".

 

E. Dostum Türkiyedeki terror hücumlarından xeberdar olduğunu da bildirib: “Metbuatdan izlediyime göre, türk esgerlerine terror hücumları olur. Şehidlerin ata-analarına, ailelerine ve Türkiye prezidentine başsağlığı verirem”.

 


Oxunub 383 defe