Xəbərlər ::

SİYASƏT :: MSK 3 partiyanın selahiyyetli nümayendelerini qeyde alıb

31-08-2015 16:31

Bu gün Merkezi Seçki Komissiyasının (MSK) iclasında “2015-ci il noyabrın 1-ne teyin edilmiş Azerbaycan Respublikasının Milli Meclisine seçkilerde sesvermenin yeri ve vaxtı barede seçicilerin melumatlandırılmasına dair bildirişin metni, forması, sayı ve hazırlanması Qaydası” müzakireye çıxarılıb.

 

 

APA-nın melumatına göre, qayda barede MSK sedrinin müavini Natiq Memmedov melumat verib.

 

N. Memmedov 5 milyon 250 min eded bildiriş hazırlanacağını bildirib. Qayda sesvermeye çıxarılaraq qebul edilib.

 

İclasda YAP, Vetendaş Hemreyliyi Partiyası ve Bütöv Azerbaycan Xalq Cebhesi Partiyasının (BAXCP) selahiyyetli nümayendeleri qeyde alınıb, “Azerbaycan Respublikası Merkezi Seçki Komissiyasına ve daire seçki komissiyalarına seçki hüquqlarının pozulması ile elaqedar şikayet ve müracietlerin verilmesi ve onlara baxılması qaydaları haqqında Telimat”da deyişiklik edilib. MSK bezi daire seçki komissiyaların terkibinde deyişiklik de  edib.

 

 


Oxunub 368 defe