Xəbərlər ::

SİYASƏT :: İlham Eliyev özbek hemkarını tebrik etdi

31-08-2015 19:11

Prezident İlham Eliyev Özbekistan Respublikasının prezidenti İslam Kerimova tebrik mektubu gönderib. Payiz.Az-ın AzerTac-a istinaden melumatına göre, tebrikde deyilir:

 

“Hörmetli İslam Abduqeniyeviç, 

 

Sizi ve qardaş Özbekistan xalqını milli bayramınız – Müsteqillik Günü münasibetile Azerbaycan xalqı adından ve şexsen öz adımdan semimi qelbden tebrik edirem.

Sevindirici haldır ki, qardaş Özbekistan müsteqillik illeri erzinde Sizin rehberliyinizle bütün sahelerde sanballı uğurlar qazanıb. Bu gün Özbekistan dinamik sosial-iqtisadi inkişaf ve herterefli düşünülmüş siyasi fealiyyet yolu ile firavanlaşan bir ölke kimi beynelxalq alemde layiqli nüfuz ve hörmet qazanıb.

Azerbaycan ile Özbekistanı tarixen bir-biri ile müşterek medeniyyetler ve menevi deyerler bağlayır. Xalqlarımızın zengin dostluq ve qarşılıqlı destek eneneleri var. Eminem ki, bu mehriban münasibetlerin, sıx emekdaşlığın ve terefdaşlığın inkişaf etdirilmesi ve möhkemlenmesi bundan sonra da ölkelerimizin firavanlaşmasına kömek edecek.

Hörmetli İslam Abduqeniyeviç, bu bayram gününde Size möhkem cansağlığı, xoşbextlik ve uğurlar, qardaş Özbekistan xalqına sülh ve firavanlıq arzu edirem”.


Oxunub 294 defe