Xəbərlər ::

HADİSƏ :: Bakıda üç maşın toqquşdu: 2 yaralı

01-09-2015 01:38

Bakıda 2 neferin xesaret alması ile neticelenen yol qezası baş verib. APA-nın melumatına göre, üç maşının iştirakı ile baş vermiş hadise Babek prospektinde qeyde alınıb.

 

1964-cü il tevellüdlü Heyderov Dinyar Heyder oğlunun idare etdiyi "Ford" markalı yük maşını Babek prospekti ile şeherin merkezi istiqametinde hereketde olarken işıqforun qırmızı işığında dayanmış "Range Rover"e çırpılıb. 1995-ci il tevellüdlü Eliyev Murad  Neriman oğlunun idare etdiyi "Range Rover" zerbenin gücünden yolun eks istiqametinde çevrilib ve işıqforda dayanmış "Mercedes"e deyib.

 

Qeza neticesinde "Ford"un sürücüsü 51 yaşlı Dinyar Heyderov ve "Range Rover"deki sernişin, 21 yaşlı Ferid Şerifeliyev müxtelif dereceli beden xesaretleri alıblar. Hadise yerine çağırılmış iki tecili tibbi yardım briqadasının hekimleri yaralılara hadise yerinde ilkin yardım gösteribler, sonra ise her iki şexs xestexanaya çatdırılıb.

 

İlkin melumata göre, "Ford"un sürücüsü serxoş olub. O, işıqforun qırmızı işığında dayanmış "Range Rover" ve "Mercedes"in arasından keçmek ve hereketini davam etdirmek isteyib. Lakin mesafeni düzgün hesablamayan serxoş sürücü qezaya sebeb olub.

 

Faktla bağlı Nizami Rayon Polis İdaresinde araşdırma aparılır.


Oxunub 389 defe