Xəbərlər ::

İQTİSADİYYAT :: Azerbaycanda kişiler niye qadınlardan çox maaş alır? - HESABAT AÇIQLANDI

21-04-2017 17:04

Son 10 ilde ölkemizde minimum emekhaqqı 3,5 defe, orta aylıq emekhaqqı ise 3,3 defe artıb. APA TV-nin xeberine göre, bunu emek ve ehalinin sosial müdafiesi nazirinin müavini İdris İsayev deyib.
 
O bildirib ki, 2016-cı ilde ölkede muzdla çalışanların orta emekhaqqı 2015-ci ille müqayisede 6,9 faiz artaraq 498,6 manat teşkil edib: "Sonuncu defe minimum emek haqqı 2017-ci ilin evvellerinde 10,5 faiz artırılıb. Lakin hele de bizde minimum emekhaqqı orta emekhaqqına nisbeten hele de aşağıdır. Bunun artırılması bundan sonra da davam edecek".
 
Nazir müavini elave edib ki, işçinin aylıq emekhaqqı dövlet terefinden müeyyen edilmiş minimum emekhaqqından az ola bilmez. Onun sözlerine göre, bezi işegötürenler vergi ve sığorta ayırmalarından yayınmaq, işçilerin sosial xerclerini üzerine götürmemek meqsedile şexsleri qeyri-resmi şekilde işe celb edir, hemin şexslere qeyri-resmi qaydada, bezi hallarda ise minimum aylıq emekhaqqı mebleğinden de az emekhaqqı ödeyerek, onların emek ve sosial hüquqlarını pozmaqda davam edirler.
 
Qeyd edek ki, bu gün Bakıda Beynelxalq Emek Teşkilatının 2016-2017-ci iller üçün Qlobal Emekhaqqı Hesabatının teqdimatı olub.
 
Tedbirde çıxış eden Azerbaycan Hemkarlar İttifaqları Konfederasiyası sedrinin birinci müavini İlyas Eliyev bildirib ki, esas narahatlıq doğuran meselelerden biri dövlet ve özel sektorunda orta emekhaqqı seviyyesinde yaranmış qeyri-mütenasiblikdir: "Azerbaycan qadınları ev işleri ile meşğul olduqları üçün daha yüngül ve az mesuliyyet teleb eden iş yerleri seçirler. Bu da neticede kişilerin aylıq emekhaqlarının qadınlara nisbeten daha yüksek olmasına getirib çıxarır".
 
BET-in emekhaqqı üzre mütexessisi Nikolas Studer Azerbaycanda emekhaqqı siyasetinin daim ön planda saxlanılmasının, minimum emek haqlarının artırılmasının, ölkede orta aylıq emek haqqı seviyyesinin getdikce yükselmesinin teqdirelayiq olduğunu deyib. 


Oxunub 64 defe