Xəbərlər ::

İQTİSADİYYAT :: Aydın Eliyev Kosovonun Ümumdünya Gömrük Teşkilatına üzvlüyüne qarşı çıxdı

21-04-2017 17:15

"Azerbaycan Kosovonun müsteqilliyini tanımır ve birterefli elan olunan müsteqillik beynelxalq hüquqa ziddir"
Avstriyanın paytaxtı Vyana şeherinde Ümumdünya Gömrük Teşkilatı (ÜGT) Avropa Regionu Gömrük Xidmetleri Rehberlerinin Konfransı keçirilir.
 
Dövlet Gömrük Komitesinin (DGK) Metbuat Xidmetinden “APA-Economics”e verilen melumata göre, tedbirde Azerbaycanı DGK sedri Aydın Eliyevin rehberliyi ile nümayende heyeti temsil edir.
 
Aprelin 20-de konfrans çerçivesinde keçirilen panel iclasda müzakireye çıxarılan mesele ÜGT-nin Avropa Regionunda "Tranzitle bağlı geleceye baxış" adlı konsepsiya senedi olub. Bu senedle elaqedar müzakirelerde Azerbaycan nümayende heyetinin rehberi de çıxış edib. A. Eliyev Azerbaycanın tranzit yükdaşımaları sahesinde elaqelerin genişlendirilmesinde maraqlı olduğunu bildirib, ölkede neqliyyat infrastrukturunun inkişafı, tranzit yükdaşımalarının asanlaşdırılması ve süretlendirilmesi istiqametinde görülen işler barede melumat verib.
 
Diqqete çatdırılıb ki, hele 1998-ci ilde ümummilli lider Heyder Eliyevin teşebbüsü ile Bakı şeherinde Böyük İpek yolunun berpası ve inkişaf etdirilmesine dair beynelxalq forum keçirilib. Bu günedek Azerbaycan bölgede yerleşen ölkelerin ticaret-iqtisadi ve neqliyyat elaqelerinin inkişaf etmesi, tranzit daşınmalar üçün elverişli şeraitin yaradılması ve s. istiqametde mühüm addımlar atıb. 2016-cı ilde Azerbaycan, İran ve Rusiya prezidentlerinin Bakı şeherinde keçirilen üçterefli zirve görüşünün neticesi olaraq "Şimal-Cenub" neqliyyat dehlizi layihesinin icrası ile bağlı çox önemli addımlar atılır. Tekce Azerbaycan, İran ve Rusiya deyil, qiteler üçün böyük ehemiyyet daşıyan bu neqliyyat dehlizi boyunca sernişin ve malların daşınması imkanları yaxşılaşdırılır, neqliyyat-rabite infrastrukturu inkişaf etdirilir.
 
A. Eliyev iştirakçılara yaxın aylarda istifadeye verilmesi nezerde tutulan Bakı-Tbilisi-Qars demir yolu xetti barede de melumat verib. Vurğulanıb ki, bu neqliyyat vasitesile yüklerin Çinden Avropaya qeder daha serfeli şertlerle daşınması temin olunacaq. Azerbaycanda yeni beynelxalq deniz ticaret limanının da tikildiyini diqqete çatdıran A. Eliyev qeyd edib ki, bu liman Şimal-Cenub ve Şerq-Qerb neqliyyat dehlizlerinin tam gücü ile işlemesine elverişli imkanlar yaradır.
 
DGK sedri Şimal-Cenub neqliyyat dehlizi istiqametinde atılan önemli addımlar, beynelxalq ehemiyyetli avtomobil yollarının tikintisi ve demir yolu xetlerinin yenilenmesi, elece de Azerbaycan ve İran demir yollarının elaqelendirilmesinden behs edib, "Azerbaycan ve Gürcüstan arasında Sınıq Körpü serhed-keçid menteqesinin inkişafına destek" layihesinin de uğurla heyata keçirildiyini bildirib. Avropa İttifaqının maliyye desteyi ile BMT-nin İnkişaf Proqramı ve DGK terefinden birge icra olunan layihenin esas meqsedinin Azerbaycan ve Gürcüstan gömrük xidmetleri arasında emekdaşlığı inkişaf etdirmek, ticareti asanlaşdırmaq, serhedlerde sanitar ve fitosanitar yoxlamaları güclendirmek, hemçinin “Sınıq Körpü” serhed-keçid menteqesini daha yaxşı infrastruktur ve müasir texnologiya ile temin etmek olduğu nezere çatdırılıb.
 
Qazaxıstanın Aktau şeherinde Azerbaycanın Logistika Merkezinin de inşa edilmesi barede konfrans iştirakçılarını melumatlandıran A. Eliyev qeyd edib ki, bu, Azerbaycanın xarici ölkelerde ilk Logistika Merkezidir. Logistika Merkezi Azerbaycanda istehsal olunan senaye, kend teserrüfatı ve erzaq mehsullarının Qazaxıstan ve diger Merkezi Asiya ölkelerine, hemçinin Qazaxıstan mallarının Azerbaycana ixracı üçün elverişli şerait yaradır. Regionda neqliyyat infrastrukturunun inkişafı, beynelxalq yükdaşımalarının artırılması baxımından Logistika Merkezinin fealiyyeti xüsusile ehemiyyetlidir.
 
Konfransın gedişinde ÜGT-nin 2017-2018-ci illerde Siyasi, Maliyye ve Audit komissiyalarında "Bergen sazişi"ne müvafiq olaraq temsilçilik ve ÜGT-nin funksiyalarına dair idareçilik meselelerine baxılıb. Hemçinin Avstraliya nümayende heyetinin "İdareetme senedi" ile bağlı teqdimatı ve senedin müzakireleri keçirilib.
 
Konfransda Azerbaycanın ÜGT-nin Siyasi Komissiyasına üzvlüyünün bir neçe aydan sonra başa çatacağı nezere alınaraq, Azerbaycanın ÜGT-nin Maliyye Komitesine üzvlüye namizedliyi ireli sürülüb ve qebul olunub.
 
Daha sonra ÜGT-nin Avropa Regionu üzvleri olan nümayende heyetlerinin rehberlerinin iştirakı ile teşkilatın Baş katibi ve Baş katibin müavini vezifeleri, elece de Gömrük Emekdaşlıq Şurası Konvensiyasına qoşulmaya dair siyasi meselelere baxılıb. Azerbaycan nümayende heyetinin rehberi A. Eliyev ÜGT-nin Baş katibi vezifesine ve ümumiyyetle teşkilatın seçki meseleleri ile bağlı bildirib ki, seçkiler zamanı ÜGT-nin bezi üzvlerinin öz imtiyazlarından sui-istifade etmesi, diger üzv ölkelere qarşı haqsızlığa yol verilmesi halları hele de müşahide olunur. Vurğulanıb ki, bu problemin birdefelik hell edilmesinin zamanı yetişib.
 
Baş katib vezifesine seçkilerin keçirilmesi gelen ile planlaşdırıldığı üçün meselenin bu gün qaldırılmasını ve seçkilere mehdudiyyet qoyulmasını subyektiv hal kimi deyerlendiren Aydın Eliyev meseleye gelen ilki seçkilerden sonra baxılmasını teklif edib.
 
Konfransda hemçinin Rusiya Federal Gömrük Xidmeti rehberinin birinci müavini Ruslan Davıdovun ÜGT-nin Avropa Regionu üzre sedr müavini, Avstriya Vergi ve Gömrük Xidmeti baş direktorunun müavini xanım Bettina Vogl-Langın ise ÜGT Şurasının sedri vezifelerine namizedlikleri ireli sürülüb ve qebul edilib.
 
Daha sonra A. Eliyev Kosovonun ÜGT üzvlüye qebul edilmesi meselesine Azerbaycan terefinin münasibetini açıqlayıb. DGK sedri xatırladıb ki, bu mesele 2012-ci ilde ÜGT-nin Baş qerargahında keçirilen Gömrük Emekdaşlıq Şurasının 119/120-ci sessiyalarında da qaldırılıb. Azerbaycan terefi hele o zaman ÜGT ve BMT-nin müvafiq senedlerine esaslanaraq, bu meselenin ümumiyyetle müzakire predmeti olmadığını diqqete çatdırıb.
 
A. Eliyev Azerbaycanın, diger dövletlerin de erazi toxunulmazlığı problemi ile üzleşdiyini bir daha diqqete çatdıraraq ÜGT-nin siyasi meselelerin meydanına çevrilmesini yolverilmez sayıb. Qeyd edilib ki, Azerbaycan Kosovonun müsteqilliyini tanımır ve birterefli elan olunan müsteqillik beynelxalq hüquqa ziddir. ÜGT-nin qarşısında helli vacib problemler durduğu halda, gömrük meseleleri üzre dövletlerin emekdaşlığı üçün yaradılmış bir teşkilatın iclaslarında siyasi meselelere yer ayrılmamalıdır. Üstelik, Kosovo ile bağlı mesele 2012-ci ilde ÜGT-nin Siyasi Komissiyasında müzakire olunub ve Kosovonun teşkilata üzvlüye qebul edilmemesi barede qerar qebul edilib. Bu qerar qüvvede olduğu üçün Azerbaycan terefi üzvlük meselesinin yeniden müzakireye çıxarılmasını meqsedeuyğun saymır.
 
Konfrans öz işini bu gün yekunlaşdıracaq.


Oxunub 44 defe