Xəbərlər ::

SOSİAL :: QHT-lerden gözlediyimiz layihe teşebbüsleri

21-04-2017 17:40

 
 
Bildiyimiz kimi Azerbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumet Teşkilatlarına Dövlet Desteyi Şurası aprelin 11-de 2017-ci ilde 2-ci qrant müsabiqesinin mövzu, qayda ve şertlerini elan edib. Şura her zaman QHT-lerin cemiyyetin inkişafı üçün xüsusi ehemiyyet kesb eden, ictimai aktuallıq derecesi yüksek olan alternativ ideyalarına,  innovativ teşebbüslerine söykenen layihelerini maliyyeleşdirmeye üstünlük verib. Bu defeki müsabiqe de yuxarıda qeyd olunan meyarlardan neinki istisna deyil, eksine xüsusi ile spesfik seciyye daşıyır. Şuranın budefeki müsabiqesi Azerbaycan Respublikasının qeyri-hökumet teşkilatlarına dövlet desteyi Konsepsiyasına uyğun olaraq 14 mövzunu ehate edir. 2017-ci ilde 2-ci qrant müsabiqesi analoji müsabiqelerden mövzuların hedefe istiqametlenmesi baxımından daha da konkretliyi ile seçilir. 
 
 
Müsabiqe mövzularının Şuranın elektron resurslarında yerleşdirilmesine ve sosial şebekelerde xeyli paylaşılmasına baxmayaraq onların her biri haqqında ayrılıqda  etraflı izahat verilmesinin faydalı olduğunu düşünürük.  İlk olaraq bunu qeyd edim ki, Şura mövzuya daha innovativ yanaşan, ölçüle bilen neticenin elde olunmasına indekslenen QHT layihelerine üstünlük verecek. 
 
 
Müsabiqenin ilk mövzusu “Ermenistan terefinden Azerbaycanın işğal olunmuş erazilerinde qanunsuz meskunlaşma, tebii servetlerin qanunsuz istismarı, qanunsuz iqtisadi fealiyyet, tarixi abidelerin dağıdılması ve özgeninkileşdirilmesi, yer adlarının qanunsuz deyişdirilmesi, etraf mühite vurulan ziyan barede beynelxalq ictimaiyyetin melumatlandırılması” adlanır.
 
 
Melum olduğu kimi, Ermenistanın da 1993-cü ilde qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Ehalinin Müharibe Zamanı Müdafiesine aid Dördüncü Cenevre Konvensiyası ve ona elave Protokollar işğal altındakı erazilerde meskunlaşdırmanı qadağan edir. Ancaq teessüfler olsun ki, Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişesinin başladığı ilk dövrlerden bednam qonşumuz zebt etdiyi torpaqlarımızda qanunsuz olaraq meskunlaşdırma siyaseti heyata keçirir. İşğal olunmuş erazilerimizde qanunsuz meskunlaşma faktları ile bağlı indiyedek müxtelif beynelxalq teşkilatların ve media qurumlarının hesabatları mövcuddur. BBC-nin emekdaşı Reda El Mavinin 2015-ci ilde Ermenistanın işğalı altında olan Azerbaycan erazilerinden hazırladığı reportajda Suriyadakı vetendaş müharibeden qaçaraq Ermenistana gelen 15 minden artıq ermeninin Ermenistanın şeherlerinde, habele işğal altında olan Azerbaycan torpaqlarında yerleşdirildiyi bildirilir. Diger bir melumatda göre ise Ermenistanın cinayetkar rehberliyi Suriyadan qaçqın düşen 2700 neferden çox şexsi işğal altında saxladığı Qarabağ erazilerinde meskunlaşdırıb. QHT-ler terefinden araşdırmalar aparılaraq bu tipli faktların daha çox ve esaslı şekilde aşkara çıxarılması, hesabatların hazırlanması, media vasitesi ile ve toplantılar keçirerek beynelxalq alemde yaymaqla Ermenistanın ifşa olunması üçün istifade olunması lazımdır.
Bu mövzu üzre diger mühüm istiqamet ise  hele Sovet hakimiyyeti illerinden Ermenistanın erazisindeki türk menşeli toponimikanın ermeni adları ile evezlenmesi üçün heyata keçirdiyi fealiyyetle bağlıdır. Ermenistanda daşnakların hakimiyyeti dövründen 1935-ci iledek 195 yaşayış menteqesinin adları deyişdirilerek ermenileşdirilib. 1935-ci ilden 1988-ci iledek ise Ermenistan erazisinde 521 türkmenşeli yaşayış menteqesinin adı deyişdirilib. Tekce 1935-1988-ci illerde 2500-den çox tarixi yer adı Ermenistan terefinden deyişikliye meruz qalmışdır. Melumata göre Ermenistan türk menşeli adlar daşıyan yaşayış menteqelerinin adlarının deyişdirilmesi prosesini 2008-ci ilde başa çatdırıb. Azerbaycan tarixinin ve medeniyyetinin vacib göstericilerinden olan toponimlerin deyişdirilerek saxta ermeni adları ile edilmesi faktları ile bağlı QHT-ler araşdırmalar aparmalı ve mövzunun adında da qeyd olunduğu kimi beynelxalq ictimaiyyet problem haqqında innovativ yanaşmalarla melumatlandırılmalıdır. Bunun üçün QHT-ler adıçekilen mövzuyla bağlı sosial çarxların, hesabatların hazırlanması, kitab ve meqalelerin neşri kimi layihe teklifleri ile çıxış etmelidirler.
 
 
2-ci mövzu - Beynelxalq informasiya resurslarında Azerbaycan haqqında melumatların monitorinqi ve aşkarlanan nöqsanların aradan qaldırılmasına  dair teşebbüsler
 
 
Bildiyimiz kimi mütemadi olaraq Ermenistan,  ermeni diasporu ve bir çox antiazerbaycan daireler terefinden beynelxalq informasiya axtarış şebekelerinde (Google, Yahoo,Google Maps, MSN Search (Bing), Yandex ve s. ) ve sosial şebekelerde (tvitter, feysbuq, instaqram, linkedin ve s.) Azerbaycanın erazisi, tarixi, medeniyyeti, inceseneti, toponimikası, dövlet remzleri, tarixi şexsiyyetleri, erazi vahidleri, herbi, iqtisadi potensialı, müasir inkişafı  ve s. haqqında melumatlar saxtalaşdırılaraq yüz milyonlarla izleyiciye teqdim olunur. QHT-ler bu mövzu ile bağlı araşdırmaları apararaq tehrifleri müeyyen etmeli, müvafiq informasiya resurslarına davamlı müracietler ederek ölkemizle bağlı obyektiv informasiyaların yayımlanmasını temin etmeye çalışmalıdırlar. Eyni zamanda QHT-ler bloqqer qrupların yaradılmasını, onların milli hedeflere istiqametlenen yazırlarla çıxış etmesini teşviq etmelidirler. Şura qeyd olunan istiqamet üzre daxil olacaq layihelere üstünlük verecek. 
 
 
3-cü mövzu – Esir ve itkin düşmüş,  girov götürülmüş,  o cümleden müharibeden zerer çekmiş vetendaşların hüquqlarının beynelxalq teşkilatlarda  müdafiesine,  onların azad olunmasına ve hüquqlarının berpasına  dair teşebbüsler
 
 
Azerbaycan Respublikası Esir ve itkin düşmüş, girov götürülmüş vetendaşlarla elaqedar Dövlet Komissiyasının melumatına göre Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişesi başlayandan 3868 şexs vetendaşımız itkin düşüb. Öten dövr erzinde 1437 şexs esir ve girovluqdan azad olunub. Beynelxalq Qızıl Xaş Komitesinin qeydiyyatından keçen azerbaycanlı itkin şexslerin sayı 3773 neferdir. 
2014-cü il iyulun 11-de Rusiya vetendaşı Dilqem Esgerov ve Azerbaycan vetendaşı Şahbaz Quliyev Kelbecer rayonunda doğma yurdlarını ziyaret etmek isteyerken Ermenistan silahlı qüvveleri terefinden girov götürülüb, Azerbaycan vetendaşı Hesen Hesenovise öldürülüb. İşğal altında olan Azerbaycan erazisinde - Dağlıq Qarabağda Dilqem Esgerov ve Şahbaz Quliyev üzerinde “mehkeme” tamaşası qurulub. Dilqem Esgerov ömürlük, Şahbaz Quliyev ise 22 il müddetine azadlıqdan mehrum edilme cezasına mehkum olunub. Bu beynelxalq hüquq normalarının kobud şekilde pozulmasıdır. 
 QHT-ler beynelxalq teşkilatların diqqetini esasen bu iki şexsin girov götürülmesi faktına yöneltmeli ve onların simasında girovların hüquqlarının müdafiesi ile bağlı heyata keçirilen dövlet siyasetine destek xarakterli layihelerle müraciet etmelidirler. Meselen QHT-ler dünyanın müxtelif ölkelerinde, xüsusi ile Avropanın siyasi merkezlerinde (Brüssel, Strasburq, Vyana, Cenevre ve s.) Dilqem Esgerov ve Şahbaz Quliyevin azad olunması telebi ile aksiyaların keçirilmesini, hemçinin onların hüquqlarının kobud şekilde pozulması ile bağlı xarici ölkelerin media orqanlarında yazıların yayımlanmasını teşkil etmelidirler. 
 
 
4-cü mövzu - Xocalı soyqırımının 25 illiyi ile bağlı  beynelxalq ictimaiyyetin melumatlandırılması
 
 
1992-ci ilin 26 fevralında töredilmiş  Xocalı soyqırımının 25 illiyi bildiyimiz kimi dövlet seviyyesinde qeyd olunub. Ancaq QHT-ler 2017-ci ilin sonunadek bu istiqametde tedbirlerin teşkilini ve beynelxalq ictimaiyyetin soyqırımla bağlı melumatlandırılmasını davam etdirmelidir. 
QHT-ler Xocalı soyqırımı ile bağlı dünyanın aparıcı xarici dillerinde (ingilis, alman, rus, ispan, ereb, fransız ve s.) filmler, sosial çarxlar hazırlamalı, müxtelif ölkelerin nüfuzlu metbuat orqanlarında tehlil xarakterli meqalelerle çıxış etmeli, xarici  ölkelerin universitetlerinde foto, kitab sergileri, film nümayişleri teşkil etmelidirler. 
 
 
5-ci mövzu – Aprel döyüşlerinin qehremanlıq nümunelerinin tebliğine dair teşebbüsler
 
 
Bu mövzu istiqameti üzre QHT-lerden aprel döyüşlerinde şehid olan, elece de döyüşlerde iştirak eden silahlı qüvvelerimizin diger esger, gizir ve zabitlerinin qehremanlığının tebliği, hemçinin bu döyüşlerde şehid oan şexslerin xatirelerinin ebedileşdirilmesi istiqametinde layihelerin hazırlanması tövsiye olunur. Layihelerin aprel döyüşlerinde şehid olan ve  qehremanlıq göstermiş diger şexslerle bağlı kitabların çapı, filmlerin ve sosial çarxların, xatire lövhelerinin hazırlanması, anım tedbirlerinin teşkili ve s. meselelere hesr olunması tövsiye olunur. 
 
 
6-cı mövzu - Cebheyanı bölgelerde müvafiq tedbirlerin teşkiline dair teşebbüsler
 
 
QHT-ler bu mövzu istiqameti üzre cebheyanı bölgelerde ehalinin ruh yüksekliyinin artırılmasını, müxtelif tedbirlerin, konsertlerin ve idman yarışlarının teşkilini, kiçik sahibkarlığın stimullaşdırılmasını, temas xettine yaxın erazilerde yaşayan ehalinin QHT-lerle yaxından emekdaşlığını özünde ehtiva eden layihelerle çıxış etmelidirler.
 
 
7-ci mövzu - Azerbaycanın erazi bütövlüyünün berpası uğrunda şehid olmuş vetendaşlarımızın  xatiresine hesr olunmuş teşebbüsler
 
 
Bildiyimiz kimi öten 29 ilde erazi bütövlüyümüzün qorunması uğrunda minlerle vetendaşımız qehremanlıqla şehid olub. Bu mövzu  üzre 5-ci istiqametde olduğu kimi şehidlerimizin adlarının edebileşdirilmesi üçün tedbirlerin teşkili nezerde tutulub. QHT-lerin bu istiqamet üzre şehidlerimizin anım günlerinin teşkili, filmlerin, sosial çarxların çekilmesi, kitabların çap edilmesi ve diger elaqeli mövzularda innovativ layiheler teqdim etmesi tövsiye olunur.
 
 
8-ci mövzu - Milli maraqlara, vetenperverliye ve ictimai heyatın aktual sahelerine dair sosial çarxların ve 3D qrafikalı animasiya filmlerinin hazırlanmasına  dair teşebbüsler
 
 
 
Hazırda informasiya savaşında tetbiq olunan en effektiv vasitelerden biri sosial çarxlar ve 3 D qrafikalı filmlerin hazırlanaraq yayımlanmasıdır. Melum olduğu kimi, Ermenistan ölkemize qarşı bütün sahelerde texribat, böhtan ve saxtakarlığa esaslanan informasiya savaşı aparır.  Azerbaycan haqqında böhtan xarakterli media kontentler hazırlayaraq (karikaturalar, video çarxlar, qısametrajlı filmler ve s.) kütlevi informasiya vasitelerinde ve sosial şebekelerde yayırlar. Yalnız sosial şebekelerdeki kiçik qruplar deyil, hem de düşmen ölkenin tanınmış saytları ön cebhedeki son döyüşlerin neticesi ile bağlı faktları Ermenistanın xeyrine deyişmek meqsedi ile diger döyüşlerden olan video kadrları paylaşaraq Azerbaycanın herbi uğurlarına kölge salmağa çalışırlar. Misal üçün 2014-cü ilde Ermenistan terefinden hazırlanmış “senedli” film “Фальсификация истории: Азербайджан” http://www.yerkramas.org/article/86753/%C2%ABfalsifikaciya-istorii-azerbajdzhan%C2%BB-%C2%ABThe-History-Falsifiers--Azerbaijan%C2%BB, https://www.kinopoisk.ru/film/840632/ filminde bir neçe xarici "mütexessis"in iştirakı ile Azerbaycan tarixi tehrif olunaraq yalan melumatlar kimi teqdim olunur. 
Xüsusi ile  2016-cı ilin aprel döyüşlerinden sonra bu tendensiya daha da geniş vüset alıb. Hemçinin NewsArmenia, PanArmenian, News.am ve diger saytlarda davamlı olaraq paylaşılan materiallar buna misaldır: В сети появилось видео уничтожения карабахскими ПВО новейшего беспилотника из ЗРК "Оса" (17 aprel 2016): http://newsarmenia.am/news/nagorno_karabakh/v-seti-poyavilos-video-unichtozheniya-karabakhskimi-pvo-noveyshego-bespilotnika-iz-zrk-osa/?sphrase_id=15052. 
QHT-lerimiz bu mövzu istiqameti üzre Azerbaycanın milli maraqlarının müdafiesi ile bağlı obyektiv melumatlara söykenen analoji video materiallar hazırlayaraq mediada, xüsusi ile sosial mediada yaymalıdırlar. 
Bununla beraber ölkenin ictimai heyatı üçün ehemiyyetli olan diger mövzularda da video materialların hazırlanması vacibdir. Diger ölkelerin tecrübesinden de göre bilerik ki, düzgün teşkil olunmuş sosial reklam (PSA — public service announcement) kampaniyaları vetendaşların maariflendirilmesi sahesinde effektli rol oynayır. Esasen narkotiklerle mübarizeye, yol hereketi qaydalarına, sağlam heyat terzinin ve etraf mühitin qorunmasının tebliğine, aile zorakılığının aradan qaldırılmasına ve QİÇS-le mübarizeye hesr olunmuş bu cür kampaniyaların ve onların esas komponenti olan sosial çarxların pozitiv tesiri beynelxalq tecrübede tesdiq olunmuş faktdır.  Sadalanan istiqametler üzre teklif olunan layihelere Şura terefinden üstünlük verilecek. Sosial çarxların ve 3 D filmlerin televiziyalarla emekdaşlıq çerçivesinde hazırlanması onların asan şekilde efir heyatı qazanaraq böyük auditoriyalara çıxa bilmesi baxımından daha meqsedeuyğundur.
 
 
9-cu mövzu - Ehalinin hessas qruplarına psixoloji yardımların teşkili
 
 
Ehalinin hessas qruplarına ahıllar, işsizler, çoxuşaqlı aileler, qaçqınlar, hebsden çıxmış şexsler, elilliyi olan şexsler ve diger bu kimi kateqoriyadan olan vetendaşlar aiddir. Sosial-iqtisadi transformasiyalara uyğunlaşa bilmeyen bu şexslerin daimi olaraq cemiyyetin desteyine ehtiyacı olur. Onları düşünülmemiş,uyğunsuz hereketlerden qoruyacaq effektiv aletler kimi “etimad telefonunun” yaradılması, xüsusi psixoterapiya seanslarının, psixoloji meslehet saatlarının teşkili, könüllülerin iştirakı ile keçirilen müxtelif növ  kampaniyaları ve diger tedbirleri göstermek olar. QHT-lere peşekar ve tecrübeli kadrların celb edilmesi ile psixoloji reabilitasiya üçün paytaxtda ve regionlarda kursların teşkili, bu istiqametde tehlillerin aparılması ve sorğuların keçirilmesi, problemin helli ile bağlı teklifler paketinin hazırlanması ve s. kimi meseleleri özünde ehtiva eden layihelerle çıxış etmesi tövsiye olunur. 
 
 
 
10-cu mövzu - Sosial şebekelerde milli ve ictimai maraqların müdafiesine dair fealiyyetin desteklenmesi
 
 
Müsabiqeye bu mövzunun salınmasında esas meqsed sosial şebekelerden feal şekilde istifade eden vetendaşların, xüsusi ile genclerimizin maariflendirilmesi istiqametinde tedbirlerin teşkilidir. QHT-lerin bu istiqametde heyata keçireceyi layiheler sosial şebekelerden istifade eden şexsleri milli maraqlara zidd hereketlerden çekindirmeye,  gencler terefinden zererli meyillerin, müxtelif neqativ halların tebliğinin, tesdiqlenmemiş, yanlış menbelerden alınan melumatların yayılmasının, sosial şebekeler vasitesile herbi sirr hesab oluna bilecek informasiya, foto ve video materialların, hemçinin saxta profiller vasitesile tehqir, böhtan xarakterli melumatların paylaşılmasının qarşısının alınmasını hedeflemelidir. 
 
 
 
11-ci mövzu - İslam hemreyliyine hesr olunmuş tedbirler
 
 
Bildiyimiz kimi Azerbaycan Respublikasının Prezidentinin 10 yanvar 2017-ci il tarixli serencamına esasen Azerbaycanda 2017-ci il “İslam hemreyliyi ili” elan olunub. “İslam hemreyliyi ili” çerçivesinde dövlet qurumları ve elece de ictimai qurumlar terefinden müxtelif tedbirler teşkil olunur. Şura dövlet siyasetine uyğun olaraq bu mövzunu  priotet istiqamet kimi  müeyyen edib.QHT-lerin bu mövzu üzre islamın terrorizmle elaqelendirilmesine qarşı maariflendirme tedbirlerinin teşkili, ölkemizin dünyada örnek olan modern müselman dövlet kimi heyata keçirdiyi sülhsever, multikultral siyasetin tebliği, Azerbaycanda tehsil alan müselman ölkelerinden olan telebelerle emekdaşlıq elaqelerini genişlendirilmesi,  konfransların, seminarların, deyirmi masaların, idman ve medeniyyet tedbirlerinin keçirilmesikimi layihe teklifleri ile çıxış etmesi tövsiye olunur.
 
 
12-ci mövzu - İctimai nezaret ve şeffaflıq meselelerine dair teşebbüsler
 
 
Müsabiqede bu mövzunun elan olunmasının esas meqsedi ölkemizde ictimai nezaret, hesabatlılıq ve şeffaflıq meselelerinde QHT teşebbüskarlığının artırılması ve bu istiqametde tedbirlerin teşkiline destek verilmesidir. Bu mövzu istiqametini esas götürerek QHT-ler  “İctimai iştirakçılıq” haqqında qanunun tebliği istiqametinde melumatlandırma tedbirlerinin teşkili,  vetendaşların müracietleri haqqında Azerbaycan Respublikasının qanunlarının tebliğ olunması, elektron hökumet xidmetlerinin tebliği, Açıq hökumetin teşviqi ile bağlı tedbirlerin teşkili ve s. meselelerle bağlı layihelerle çıxış etmesi tövsiye olunur.
 
13-cü mövzu - Yol hereketi iştirakçıları arasında maariflendirme tedbirlerinin heyata keçirilmesine dair teşebbüsler
 
 
Her il dünyada,  o cümleden de ölkemizde yol-neqliyyat qezaları neticesinde xeyli sayda insan xesaret alır ve dünyasını deyişir.Bu statistikalar çox qorxuncdur. 2016-cı il erzinde ölke üzre 2006 yol neqliyyat hadisesi qeyde alınıb ki, neticede 759 nefer helak olub, 2003 nefer ise yaralanıb.Öten 28 il erzinde (1988-2016-cı iller) ise ölkemizde 73813 yol qeza hadisesi ve bunun neticesinde 26 min 183 neferin helak olması faktı qeyde alınıb. Bele hallara qarşı mübarize aparmaq üçün QHT-lerin maraqlı ve faydalı teşebbüslerine ehtiyac duyulur. QHT-ler bu istiqamet üzre Şuraya yol hereketinin teşkili, yol polisi-sürücü-piyada münasibetlerinin tenzimlenmesi, sosial çarxların hazırlanması, yol hereketi qaydalarının tebliği ile bağlı interaktiv telimlerin keçirilmesi, baş vermiş qezaların sebebleri ile bağlı monitorinqlerin ve araşdırmaların aparılması, piyada keçidlerinin monitorinqi ve piyadaların maariflendirilmesi ve s. mövzularda layiheler teqdim ede biler. 
 
 
14-cü mövzu - Mecburi emeye ve insan alverine qarşı  mübarizeye dair teşebbüsler
 
 
Birleşmiş Milletler Teşkilatının dünyada insan alverinin veziyyetine dair hesabatına göre  her il dünyada  20 milyondan artıq şexs insan alverinin qurbanına çevrilir.  Beynelxalq Emek Teşkilatının resmi melumatına esasen dünyada 12 milyondan çox insan mecburi emeye celb olunur. Azerbaycanda mecburi emek ve insan alverine qarşı meqsedyönlü dövlet siyaseti aparılır. Son illerde müvafiq dövlet qurumlarının atdığı uğurlu addımlar neticesinde işegötürenlerin mesuliyyeti artmış ve çalışan şexslerle emek müqavilelerinin bağlanması ve emek şeraitinin yaxşılaşdırılması prosesi süretlendirilmişdir. Lakin ölkemizde ister paytaxtda, isterse de regionlarda mecburi emeye celb olunmaqla bağlı melumatlar mövcuddur. Xüsusen regionlarda valideynlerin uşaqlarını orta mekteblerden yayındıraraq qanunsuz emeye celb etmesi, iş vaxtının uzadılması ve onun müqabilinde heç bir ödenişin edilmemesi, vetendaşlarımızın emek müqavilesi olmadan işlemeleri ve diger bu kimi mecburi emeye celb olunma hallarına rast gelinir. QHT-lerin  insan alveri ile bağlı ehalinin melumatsızlığının aradan qaldırılması, azyaşlı qızların mecburen ere verilmesi, erken nigahların yaratdığı fesadlar,  qadınların mecburi cinsi istismarına qarşı mübarizeyle bağlı sosial çarxların, televiziya verlişlerinin hazırlanması, maariflendirme tedbirlerinin teşkil olunması ile bağlı layihelerle çıxış etmesi tövsiye olunur. 
 
 
Elmeddin BEHBUD
Şuranın metbuat ve ictimaiyyetle elaqeler bölmesinin rehberi


Oxunub 56 defe