Xəbərlər ::

SOSİAL :: İslam Oyunlarına 12 min polis celb olunacaq

21-04-2017 19:03

Bu gün Daxili İşler Nazirliyinde «Qeyri-aşkar şeraitde töredilmiş mülkiyyet eleyhine olan cinayetlerin qarşısının alınması ve açılması»nın ve «IV İslam Hemreyliyi Oyunları ile elaqedar ictimai qaydanın qorunması, ictimai tehlükesizliyin temin edilmesi ve texniki vasitelerle teminat sahesinde görülen işler»in veziyyetine ve qarşıda duran vezifelere hesr olunmuş geniş Kollegiya iclası keçirilib.

 

Lent.az-ın melumatına göre, kollegiyada bildirilib ki, daxili işler orqanlarından IV İslam Hemreyliyi Oyunlarına celb edilecek şexsi heyetin sayı 12 min nefer olacaq. Onlardan da 252-si qadın emekdaşlardır. Emeliyyat Komitesi ile birge aparılmış ilkin hesablamalara esasen, nezaret-buraxılış yerlerinde 154 eded X-RAY ve 286 eded stasionar metal detektordan istifade edilmesi nezerde tutulur. Bununla elaqedar, xüsusi yoxlama avadanlıqlarında xidmet aparacaq 1.800 emekdaş praktiki meşğelelere celb edilib. Yol hereketinin tehlükesizliyi ve yüksek seviyyeli nümayende heyetlerinin müşayieti üzre görülecek işler de diqqet merkezindedir. Bu istiqametde qarşıda duran vezifeler yol-patrul xidmetinin 1200-e yaxın emekdaşı terefinden xüsusi teyinatlı 400 avtomobilde temin edilecek.

 

Bundan elave, ictimai asayişe nezaretin fasilesiz heyata keçirilmesi meqsedile hazırda yarış ve qeyri-yarış obyektleri etrafında 214 nöqtede 642 videomüşahide kamerasından istifade edilir. May ayının 1-dek ise buraxılış rejiminde tetbiq olunacaq her bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyalı 267 kamera quraşdırılacaq. Ümumilikde, bu gün respublika üzre “Tehlükesiz şeher” sisteminin 3.270 nöqtede 12 min, habele şexsi mülkiyyetde olan obyektlere aid avtonom rejimde işleyen daha 100 min videomüşahide kamerası fealiyyet gösterir. Kollegiya iştirakçılarının nezerine o da çatdırılıb ki, möhterem Prezidentin evezsiz desteyi sayesinde I Avropa Oyunları erefesinde alınmış minlerle radiostansiya, metal detektor, planşet, bort-kompyuter, videoqeydiyyat qurğusu ve “İPatrol” mayaklar, habele “BMW” ve “Mercedes” markalı 837 eded xidmeti avtomobil IV İslam Hemreyliyi Oyunları zamanı da istifade edilecek. İctimai asayişin qorunmasında iştirak edecek emekdaşların peşe hazırlığının, o cümleden vetendaşlarla ünsiyyetde nezaketli davranış seviyyesinin yükseldilmesi meseleleri de diqqet merkezinde saxlanılıb, zeruri treninqler, seminar-müşavireler keçirilib.


Oxunub 68 defe