Xəbərlər ::

DÜNYA :: İstanbul terrorunda eli olan silahlı öldürüldü

21-04-2017 21:34

Suriyada Yeni İl gecesi İstanbulda töredilen terror aktında eli olan İŞİD silahlısı mehv edilib.

 

APA-nın RİA Novosti agentliyine istinaden verdiyi xebere göre, bu barede ABŞ Silahlı Qüvvelerinin Merkezi Komandanlığının (CENTCOM) nümayendesi Con Tomas bildirib.

 

“Aprelin 6-da ABŞ qüvveleri terefinden yanvarın 1-e keçen gece İstanbulda baş veren terror aktının teşkilatçılarından biri Ebdürrehman Özbeyi mehv edilib. O, ecnebi silahlıların İŞİD-e celb edilmesi, maliyyeleşdirilmesi ile meşğul olub. Bundan başqa, E.Özbeyi Suriya ve İraqdan kenarda terror aktlarının hazırlanmasında mühüm rol oynayıb”, deye C.Tomas bildirib.

 

Qeyd  edek ki, Yeni il gecesi İstanbulda “Reina” gece klubuna edilen  hücum zamanı  39 nefer ölüb, 65 nefer yaralanıb.  Terror aktını töreden şexs yanvarın 16-da İstanbulda yaxalanıb.


Oxunub 51 defe