Xəbərlər ::

SİYASƏT :: Ermenilerin texribatı baş tutmadı

24-04-2017 17:35

”24-27 aprel 2017-ci il tarixinde Dubayda keçirilen ve dünya boyunca en nüfuzlu turizm sergilerinden olan “Arabian Travel Market”de Ermenistan terefi yene texribata el ataraq Ermenistana aid stendde ölkemizin işğal olunmuş erazilerinde yaradılmış qondarma rejimi tebliğ eden eyani vasiteler ve xeriteler yerleşdirmeye cehd edib”. 
 
APA-nın melumatına göre, bunu Azerbaycan Xarici İşler Nazirliyinin metbuat xidmetinin rehberi Hikmet Hacıyev bildirib.
 
Onun sözlerine göre, bu fakt Azerbaycanın Birleşmiş Ereb Emirliklerindeki sefirliyi ve Dubaydakı Baş konsulluğu terefinden müeyyen olunub, derhal serginin teşkilatçılarına ve BEE-nin resmi orqanlarına müraciet edilerek bu texribatın qarşısı alınıb. Netice etibarile, qondarma rejimi tebliğ eden texribatçı xarakterli eyani vasiteler Ermenistan stendinden yığışdırılıb. 
 
Azerbaycan Respublikasının BEE-deki sefirliyi ve Dubaydakı Baş konsulluğu terefinden mesele nezaretde saxlanılır. 
 
Sözügeden sergide Medeniyyet ve Turizm Nazirliyinin teşkilatçılığı ile Azerbaycan böyük stendle temsil olunur. Azerbaycan pavilyonunda ölkemizin çoxsaylı turizm şirketi iştirak edir.


Oxunub 64 defe