Xəbərlər ::

İQTİSADİYYAT :: bp bu il Azerbaycanda yeni layihe istismara verecek

02-05-2017 14:54

 

BP şirketi 2017-ci ilin I rübünde menfeetini öten ilin analoji dövrü ile müqayisede 3 defe artıraraq 1,51 mlrd. dollara çatdırıb. "APA-Economics" şirketin hesabatına istinaden xeber verir ki, buna sebeb neftin qiymetinin ve hasilatın artması, xerclerin azalmasıdır.

 

Cari ilin ilk rübünde BP-nin esas reqibleri olan "Exxon Mobil", "Chevron" ve "Total" şirketleri de yuxarıda qeyd edilen sebeblere göre menfeetini artırmağı bacarıb.

 

Analitikler BP-nin rüblük menfeetinin 1,26 mlrd. dollar teşkil edeceyini proqnozlaşdırıb.
 

Şirketin açıqlamasında deyilir ki, cari ilde BP 8 yeni layihenin icrasına başlayacaq ki, bunların bezileri Azerbaycan ve Omanı ehate edecek. Şirket bunun hesabına onilliyin sonunadek sutkalıq neft hasilatını 800 min barele çatdırmaq niyyetindedir. "Yeni layiheler hesabına hasilatın artırılması cari ilin ikinci yarısında pul vesaitlerinin hereketinde müsbet dinamikaya sebeb olacaq", - deye açıqlamada deyilir.

 


Oxunub 94 defe