Xəbərlər ::

SOSİAL :: "Statoil" Azerbaycan nümayendeliyinde ciddi ixtisarlar

02-09-2015 14:20

Norveçin “Statoil” neft-qaz şirketi Azerbaycanın energetika sektorunu terk edir.

 

Bu barede "APA-Economics"e "Statoil Azerbaijan" şirketinin adının çekilmesini istemeyen  emekdaşı melumat verib.

 

Onun sözlerine göre, şirketde ciddi ixtisarlar baş verib: "Şirketin 40-a yaxın emekdaşı var idise, hazırda 10-12 nefer qalıb. Şirketin (nümayendeliyin - red.) Bakı ofisi tamamile bağlanıb, lap kiçik işçi qrupu qalıb. İctimaiyyetle elaqeler ve diger bu kimi şöbeler bağlanıb. İşde qalanlar rehber şexsler ve mühasibatlıq bölmesine aid olanlardır".

 

Xatırladaq ki, "Statoil" Azerbaycan bazarına 1992-ci ilde daxil olub ve bir sıra iri enerji layihelerinde iştirakçısı olub.

 

Hazırda "Statoil" Trans-Adriatik qaz kemeri layihesinde 20%-lik sehm paketine sahibdir. Lakin bu sehm paketinin Malayziyanın "Petronas" şirketine satılması ile bağlı danışıqlar aparılır.

 

"APA-Economics"in menbeyinin verdiyi xebere göre, Norveç nehengi sehmlerinin Malayziya şirketine satmaqda maraqlıdır. Emeliyyatın deyeri helelik melum deyil.


Oxunub 323 defe