Xəbərlər ::

SOSİAL :: «Reket jurnalistika»ya qarşı mübarize Komissiyasının YENİ REYİ

08-05-2017 18:38

Bu gün Azerbaycan Metbuat Şurasının Şikayetler üzre Komissiyasının iclası keçirilib.

 

Lent.az-ın melumatına göre,  MŞ sedrinin müavini, Jurnalistlerin Hemkarlar İttifaqının sedri Müşfiq Elesgerli gündelikde duran meseleler barede melumat verib.

 

Bakı Biznes Universitetinin «Xalqxeber.az» saytı ile bağlı şikayetinin müzakiresi zamanı melum olub ki, ali tehsil ocağının narazılığını doğuran motiv cavabdehin daha evvel onun baresinde çıxarılan qerarı yerine yetirmemesidir. Bele ki, «Xalqxeber.az» BBU barede materiala göre tekzib vermeli olduğu halda meseleye önemsiz yanaşıb. Saytın rehberliyi Şuranın Şikayetler üzre Komissiyasının iclası ile bağlı melumatlandırılsa da, toplantıda da iştirak etmeyib, habele şikayetçinin haqlı telebinin yerine yetirileceyine dair her hansı şifahi arayış vermeyib. Komissiya bütün bunları nezere alaraq «Xalqxeber.az» saytı ile elaqedar meselenin Şuranın «Reket jurnalistika»ya qarşı mübarize Komissiyasında araşdırılması barede reye gelib.

 

İclasda millet vekili Neriman Eliyevin «Nuh.az», «Bizimxeber.az», «Teref.info», «Arqument.az» ve diger 6 sayta qarşı müracietinin müzakiresinde adları qeyd edilen ilk iki saytın temsilçileri cavabdeh qisminde iştirak edibler. Mesele ile elaqedar bildirilib ki, her bir kütlevi informasiya vasitesi haqqında behs etdiyi şexsin mövqeyinin öyrenilmesine maraq göstermelidir. Materiallarda mövcud teleb gözlenilmeyib. Bu ise «Azerbaycan Jurnalistlerinin Peşe Davranışı Qaydaları»nın müvafiq prinsiplerinin pozulması demekdir. Şikayetler üzre Komissiyasının tövsiyesi budur ki, mövcud yanlışlıq aradan qaldırılsın. Komissiya üzvleri onu da bildiribler ki, şikayetçi teref Milli Meclisin deputatı kimi mühüm status daşıyır. Buna göre de baresinde yayılmış material heqiqetden uzaqdırsa, derhal beyanat vermeli, mesele barede cemiyyeti doğru melumatlandırmalıdır ki, müxtelif informasiya vasiteleri yanlışlığı tekrarlamasınlar. İndiki halda meseleye önem verilmemesi eyni mezmunlu materialın müxtelif informasiya resurslarında yer almasını şertlendirib.

 

Bundan başqa, Bakı şeheri Nerimanov rayonunun sakini İlahe Nebiyevanın «Primetime.az» saytına qarşı müracietinin müzakiresi zamanı bildirilib ki, ictimai heyatla şexsi heyat anlayışları bir-birinden ferqlenir. Hetta ictimai status daşıyan şexslerin de şexsi heyatı ola biler ki, her bir kütlevi informasiya vasitesi bunu mütleq qaydada nezere almalıdır. Şikayetçi İ.Nebiyev hazırda fealiyyeti dayandırılmış ANS telekanalında uzun müddet müxtelif uşaq verilişlerinin aparıcısı olub. Bu menada onun heyatı KİV üçün maraqlı olsa da, qabardılan meqamın ictimai yükü şexsi heyatdan ireli gelen meişet meselelerine söykenir. Buna göre de İ.Nebiyevanın onun şexsi heyatı barede her hansı KİV-in material yayımlamaması telebi haqlıdır. Şikayetçinin mövqeyini haqlı eden daha bir xüsusiyyet odur ki, «Primetime.az» saytı konkret şexs barede diger şexsin fikirlerini açıqlayarken teqdimat qarşı terefin mövqeyine aydınlıq getirilmeden heyata keçirilib. Komissiya bütün bunları nezere alaraq reye gelib ki, «Primetime.az»a şikayetçi İ.Nebiyeva barede yayımlanmış materialı saytdan çıxarmaq tövsiye olunmalıdır. İclasda iştirak eden sayt temsilçisi bunu qebul edib.

 

Toplantıda hemçinin bildirilib ki, kütlevi informasiya vasiteleri haqqında ölke qanunvericiliyinin telebleri esas götürülmelidir. Yeni istinad nöqtesi «Primite.az» saytı narazılıq doğuran materialı dövriyeden çıxarmaq barede öhdelik götürürse, şikayetçi İ.Nebiyeva barede yayımlanmış oxşar mezmunlu materiallar «qafqazinfo.az», «milli.az», «showxeber.az», «emtv.az», «milliyol.az», «medianews.az» saytlarında da yer almamalıdır. Sözügeden saytlara hem qanunvericilikden, hem de peşe prinsiplerinden ireli gelen bu telebi yerine yetirmek tövsiye olunur.

 

İclasda «Xezer Lenkeran» futbol klubunun «Futbol+» qezeti ile bağlı şikayetinin müzakiresi zamanı aydınlaşdırılıb ki, qezetle klub rehberliyi arasındakı narazılıq müxtelif illerde mövcud olmuş qarşılıqlı münasibetlerden qaynaqlanır. Mövcud xüsusda konkret olaraq kommersiya maraqları ön plana gelir. Bu mübahiselerin aydınlaşdırılması üçün diger hüquqi prosedurlar var. Ancaq hetta haqlı olsa bele heç bir KİV kommersiya marağının ödenilmemesini qarşı teref barede tenqidi material derc etmek üçün esas kimi istifade etmemelidir. «Futbol+» qezeti rehberliyine bu xüsusda tövsiye verilib.

 

İclasda müzakire edilen növbeti mesele Azerbaycanın Ukraynadakı Sefirliyinin «Olke.az», «Bakıpost.az», «Moderator.az» saytlarına qarşı müracieti olub. Sözügeden saytların temsilçileri ümumen meselenin hessaslığı ile bağlı fikirlerini seslendiribler. Onlar elave edibler ki, narazılıq doğuran mövzuya müraciet heç bir qerezden qaynaqlanmır, yalnız esl heqiqetlerin üze çıxarılması meramına söykenir. Komissiya üzvleri müzakirelerden sonra bunu meqbul qiymetlendiribler. Eyni zamanda reye gelinib ki, her bir KİV her hansı tenqidi material yayımlayarken tenqid hedefi kimi götürülen şexsin mövqeyinin mehz hemin materialda öyrenilmesine çalışmalıdır. Bu, peşekarlığın en mühüm şertidir.

 

Cebrayıl rayon tehsil şöbesinin müdiri Valide Hesenovanın «Deryaz» qezetine qarşı müracietinin müzakiresi zamanı ise vurğulanıb ki, materialda qeyd edilen meseleler ciddi araşdırma teleb etdiyinden bununla elaqedar Şuranın «Reket jurnalistika»ya qarşı mübarize Komissiyasında müzakireler aparılmalıdır.

Eyni qerar Suraxanı rayon Hövsan qesebesi 163 saylı uşaq bağçasının müdiri Pakize Mahmudovanın «Edalet tribunası» qezetine qarşı şikayeti ile bağlı da verilib.

 

Neftçala rayon sakini Vurğun Şireliyevin «Neytral» İnformasiya agentliyi (nia.az) ile bağlı şikayetinin müzakiresi gedişinde ise aydınlaşdırılıb ki, sözügeden saytın narazılıq doğuran materialda tenqid hedefi kimi seçdiyi şexslere münasibetde ortaya qoyduğu mövqe yolverilmezdir. Konkret olaraq qarşı terefin fikrine aydınlıq getirilmemesi, resmi tesdiqini tapmayan, sırf mülahizelere esaslanan fikirlerin gündeme getirilmesi peşe prinsiplerinin pozulmasıdır. «Neytral» İA-ya şikayete sebeb olan materialı saytdan çıxarmaq, tekzib, yaxud qarşı terefin mövqeyine aydınlıq getiren yazı yayımlamaq tövsiye olunub.