Xəbərlər ::

SİYASƏT :: Qubad İbadoğlunun daha bir feal terefdarı Müsavatdan xaric edildi

02-09-2015 15:58

 

Müsavat Partiyası Merkezi Nezaret-Teftiş Komissiyasının (MNTK) növbeti toplantısı keçirilib. 

 

MNTK sedri Sevinc Hüseynovanın APA-ya verdiyi melumata göre, iclasda Müsavat Partiyası Ağstafa rayon teşkilatının üzvü İsmayıl Nezerlinin (İsmayıl Kesemenli) sosial şebekelerde partiya Nizamnamesine zidd olaraq, xüsusile parlament seçkilerine start verildikden sonra partiya rehberliyinin, sabiq başqan İsa Qemberin ünvanına yazdığı tehqiredici ve aşağılayıcı yazılar ve metbuata verdiyi müsahibeler müzakire olunub: “MNTK geniş müzakirelerden sonra partiyanın üzvü İsmayıl Nezerlini Müsavat Partiyası Nizamnamesinin preambulasının 6-cı ve 1.9-cu bendlerinin ve proqramının temel prinsiplerini müeyyen eden II bölmesinin 6-cı bendinin teleblerine emel etmediyine göre partiya sıralarından xaric etmek haqqında qerar qebul edib”.

 

Daha sonra İsa Qembere qarşı apardığı tebliğata göre partiyanın Sabunçu rayon teşkilatının üzvü Elşen Hesenova xeberdarlıq olunub.

 

Qeyd edek ki, İsmayıl Nezerli (Kesemenli) başqanlığa keçmiş namized, partiyadan xaric olunmuş Qubad İbadoğlunun feal terefdarlarından biridir.

 


Oxunub 201 defe