Xəbərlər ::

İDMAN :: AFFA resmisi 3 milyon avroluq mükafatdan danışdı

02-09-2015 17:11

Avro-2016-nın seçme merhelesi çerçivesinde sabah Xorvatiya millisini qebul edecek Azerbaycan yığması ile bağlı maraqlı melumat yayılıb. Apasport.az-ın Xorvatiya metbuatına istinaden melumatına göre, AFFA futbolçularımıza mükafat ved edib.

Xeberde qeyd edilib ki, yığmamız Xorvatiya üzerinde qelebe qazanarsa, rekord mebleğde, düz 3 milyon avro mükafat elde edecek. Bu pulun futbolçu ve meşqçi heyeti, hemçinin yığmanın diger işçileri arasında bölüşdürüleceyi yazılıb.

Melumatın ne derecede doğru olub-olmadığını öyrenmek üçün AFFA-nın İnformasiya ve İctimaiyyetle Elaqeler Departamentinin reisi Mikayıl Nerimanoğlu ile elaqe saxladıq. O, mükafatın nezerde tutulduğunu bildirse de, mebleği tekzib edib: “Beli, qalibiyyete göre mükafat nezerde tutulub. Lakin 3 milyon avro şişirdilmiş reqemdi”.

Qeyd edek ki, Azerbaycan – Xorvatiya oyunu sabah “Bakcell Arena”da keçirilecek ve saat 21:00-da başlayacaq.


Oxunub 275 defe