Xəbərlər ::

SOSİAL :: “Gizli yolla Bakıya geldik... arvadı zeng vurub, tehqir edirdi...” – “Odessalı gelin”in dramı

15-05-2017 15:51

 

 

Firuzenin (ad şertidir) atası rus, anası tatardır. Ukraynanın Odessa şeherinden gelib Bakıya. 27 yaşı var. Hazırda 4 balası ile birge Azerbaycan Uşaqlar Birliyinin nezdinde yaradılmış Uşaq Sığınacağında müveqqeti meskunlaşıb. Aile daxili zorakılığa meruz qalıb. Üstelik de ne özünün, ne de uşaqlarının senedleri var. Ukraynaya qayıtmaq üçün senedlerinin hazırlanmasının gözleyir.

 

Bakıya onu Valeh (ad şertidir) adlı şexs getirib. Valehle 16 yaşı olanda Ukraynada tanış olublar. Firuzenin atası ile anası o uşaqken ayrılıb. Anasının qazancı ailesine yetmediyinden xeyirxah insanların yardımı ile dolanırmışlar. Valeh de hemin xeyirxah insanlardan biri olub. Namaz qılan, xeyirxah imici ile ailenin güvenini qazanıb. Daim Firuzegile evine yardım getirermiş. Bir gün anası qızının Valehle münasibet qurduğunu öyrenir ve bu münasibeti qebul etmir. Çünki Valeh Firuzeden 17 yaşı böyük idi. Qızını ondan ayırmaq üçün sığınacağa verir. Lakin...

 

Bu, Firuze ile ikinci görüşümüz idi. İlk görüşde söhbeti ağlayaraq yarımçıq qoymuşdu. Bu defe ise qarşımda güclü qadın dayanmışdı. Heyat hekayetini Lent.az-a danışır...

 

- Anam tatardır. Atamdan ayrılandan sonra meni öz üstüne yazdırıb. Babam molla olub. Anam müselman olsa da, islamın qaydalarını emel etmeyib. Uşaqlığım sığınacaqda keçib. İlk defe polis aparmışdı, ikinci defe anam özü verdi. Anamın yanından sığınacaq daha yaxşı idi. O vaxt sığınacaqdan qaçmasaydım, tehsil ala bilecekdim. Valeh azerbaycanlı idi. Bize erzaq getirerdi. Bir neçe defe menimle tanış olmağa cehd etse de, razılıq vermirdim. Menim 16, onun ise 33 yaşı vardı. Düşünürdüm ki, bu yaşda subay kişi qalmaz. Meni inandırmaq üçün pasportunu gösterdi. Bizde evlenen kimi pasporta möhür vurulur ve bilirsen ki, bu adam evlidir. Amma Azerbaycanda ferqli imiş. Evlendikden sonra pasport deyişilmelidir. İsteyen deyişir, istemeyen deyişmir. Bunu Azerbaycana gelenden sonra öyrendim. Baxdım, pasportunda evli yazılmayıb, inandım ona. Başladıq görüşmeye. Bir neçe defe eve gec geldim, anam esebileşib meni sığınacağa verdi. Sığınacaqdakı müellim Valehle görüşmeyime icaze verdi.  

 

2007-ci ilin may ayında Firuze doqquzuncu sinfi bitirir. Buraxılış imtahanlarına hazırlaşdığı bir vaxtda hamile olduğunu öyrenir.

 

- İki aylıq hamile idim. Öldürmek istemedim. Valeh Azerbaycana - anasına zeng edib dedi. O da dedi, getir Bakıya. Sığınacaqdan qaçdım. Arzum yarımçıq qaldı. Hüquqşünas olmaq isteyirdim.

 

Belelikle, Bakıya yola düşürler. Şexsiyyetini tesdiq edecek heç bir senedi olmadığından Valeh Firuzeni qatarla getirir.

 

- Bakıya gelende iyun ayı idi. Çox problemlerle gelib çıxdıq. Rusiya buraxmaq istemirdi. Valeh hamıya meni qohumu kimi teqdim edirdi. Tapşırmışdı ki, susum. Ruslara dedi, guya rusca bilmirem, Azerbaycandakılara dedi, Azerbaycanca bilmirem. Necese meni getirib çıxardı Bakıya. Qayınanam meni çox yaxşı qarşıladı. Hamıdan çox meni isteyirdi. Allah rehmet elesin! 

 

- Neçe ildir Azerbaycandasınız?

 

-10 il.

 

-10 ildir senedsiz yaşayırsınız?

 

- Beli. Yoldaşımı tutarlar deye heç yere getmirdim. Ancaq evde oturmuşam. Qoşulub qaçmışdım deye anam da doğum haqda şehadetnamemi vermedi. Bakıya gelende Valehin evli olduğunu öyrendim. Özü etiraf eledi. İller evvel ayrılsalar da resmi boşanmayıblarmış. Hele de onunla evlidir. İki uşağı da o ailesinden var. Xasiyyetleri tutmayıb. Teze gelen vaxtlar o qadın eve zeng edib meni tehqir edirdi. Defelerle ondan üzr istemişem, amma mene inanmır. Ele bilir, men evli olduğunu bilerek gelmişem. Bakıya teze gelen vaxtlar onu mecbur edirdim ki, gedib uşaqlarını görsün. Onda gedirdi, sonralar getmedi. Soyuqqanlı adamdı. Kimseyle yola getmir. Onu menden başqa heç kim çox istemir.

 

- Aile heyatınız nece olub?

 

- Bir neçe il normal yaşadıq. Sonra başladı mene el qaldırmağa. Senedim yoxuydu deye dözürdüm. Polise getsem, onu tutacaqdılar. Axır vaxtlar bir az düzelmişdi, uşaqların mekteb problemi tekrar ortaya çıxanda yene dalaşdıq. Bir il idi ki, mene telefon almışdı. Xalam qızından xahiş etmişdim, senedlerimi düzeltmekde mene kömek etsin. Mene göre uşaqlarım da senedsizdi. Valeh bunu bilen kimi evde dava saldı. Hemişe sehvi mende axtarır, özünde yox. Baxdım uşaqlar da ağlayır, onsuz da evvel-axır gedecekdim, özümü ele aldım ve qerar verdim. Fikirleşmişdim, Aile, Qadın ve Uşaq Meseleleri üzre Dövlet Komitesine gedeceyem. Biz evden çıxanda aprelin 1-i, şenbe günü idi. Heç yer işlemirdi. Getdik Bileceri polisine. Bizi Abşeron polisine yolladılar. Ukrayna sefirliyinin qaynar xetti ile elaqe saxladılar. Sefirlik dedi, eger heyatınıza tehlüke yoxdursa, size kömek ede bilmeyeceyik. Valehden polise şikayet etmeli idim, men de istemedim. Orda polisler bize çay verdiler, yemek verdiler. Uşaqlarım yatdılar. Çox yaxşı münasibet gösterdiler.

 

Bunları danışarken ilk defe üzü gülürdü. Firuze mülayim insandır. Bununla bele, anasından danışanda qaşları çatılır, gözleri qezeblenir. Söhbet Valehe gelince kövrelir. Ağlamadan onun haqqında danışa bilmir. Onun üzünü güldüren yegane sebeb övladlarıdır. Onlardan danışanda üzünde güller açır. Gözlerinin içi gülür.

 

- Sonra bura zeng etdiler. Çox heyecan keçirdim, birden qebul etmezler deye. Artıq axşam idi. Qebul etmeseydiler, ayrı gedecek yerimiz qalmamışdı. Sağ olsunlar, derhal qebul etdiler. Erize yazdım ve geldik.

 

- Uşaqların adaptasiyası nece oldu?

 

- İlk gece en balacam ağlayıb atasını istedi. Başqa vaxt heç atası yadına düşmezdi. Sonra keçdi. Sadece, bezi şeyleri öyrenmeli idiler. Bura haradır? Terbiyeçi kimdir? Evdeki kimi “mama, şirin çay ver!” daha yoxdur. Burda rejim var. Yemek vaxtı var, içeri girende qapını döymelisen... (gülür). Hem de men onları hazırlamışdım. Bunu isteyib-istemediklerini birinci onlardan soruşmuşdum. Mektebe göre atasından incik idiler. Her seher mektebe geden uşaqları görende pis olurdular. Her defe mektebin önünden keçende “mama, biz ne vaxt mektebe gedeceyik?” deye sual verirdiler. Onlar her şeyi başa düşürler. 1 ildir, biz hazırlıq görürdük. Bir defe de olsun, atasının yanında gedeceyimiz haqda ağızlarında qaçırmayıblar. Bir defe mekteble danışmışdıq. Direktor dedi, sentyabrda gelsinler, sonra senedleri de getirersiniz. Çox sevinmişdik. Uşaqlara paltar aldım, çanta, defter... Sonra getmediler (kövrelir). Dehşet idi. Ana-bala qucaqlaşıb o qeder ağlamışdıq ki... Onların tek isteyi var - mektebe getmek!

 

Firuzenin 4 uşağı var: 2 qız, 2 oğlan. Böyüyün 10, kiçiyin noyabrda 6 yaşı tama olacaq. Bir aydan çoxdur, uşaq sığınacağında qalırlar. Senedleri olmadığından heç biri mektebe getmir.

 

- Uşaqlar evde doğulub?

 

- Yox, xestexanada. Biri Bileceride (Merkezi Demiryol Xestexanasının doğum şöbesi) olub. Onların tanışları orda işleyirdi. Üçü de Xırdalanda (Abşeron Rayon Merkezi Xestexanası). Onları meni doğuşa qebul edenden sonra haqqımda polise melumat vermeliydiler.

 

- Vermişdiler?

 

- Onlar yox. Anam İnterpola vermişdi. Valehin adıyla gelib meni tapdılar. Evimize gelmişdiler. Men de erize yazdım ki, öz isteyimle gelmişem, çıxıb getdiler.

 

- Senedleriniz düzelen kimi deport edileceksiniz.

 

- Xalam qızının yanına gedeceyem. Bir böyümüşük onunla. Bacı kimidir. Orda xeyriyye fondu var, ora müraciet edeceyem. Müeyyen qeder yardım edecekler. Sonra tek ana kimi dövletden aylıq müavinet alacam. O pul erzaqlara tam çatacaq. Ona qeder de burda qalacağıq. Yayda sanatoriyaya gedecekler. Evvelce göndermek istemedim, sonra düşündüm ki, gelecekde belke heç sanatoriyaya göndermeye imkanım olmayacaq. Ona göre de qoy indi imkan varken gedib dincelsinler. Men de darıxanda gedib göreceyem onları.

 

Köks ötürür.

 

- Evveller anamı qınamırdım. Özüm ana olandan sonra onun sehvlerini görmeye başladım. Uşaqlığım ağır keçib. Bu yaxınlarda xalamla danışanda öyrenmişem, atam pis adam olmayıb. Anamı da, meni de çox isteyirmiş. Sadece, anam terslik edib. Onunla yola getmek çox çetindir. Deyirler, evveller yaxşı imiş, sonra esebleri pozulub. Evimiz vardı, onu elimizden aldılar. Evsiz qaldıq. Ev dayımın adına idi. 3 nefer gelib dayımı qorxudub qol çekdirmişdiler ki, guya pul alıb satıb. İndiye qeder de evsizdiler. Anam evvel teyyarede stüardessa olub. Sonra gemide işleyib. Çox ölkeler görmüşdü. Dünyagörüşü zengin idi. Axır vaxtlar derzilik edirdi. Anam mene qarşı kobud olub.

 

Anasından danışdıqca derdi tezelenir, halı deyişir.

 

- Ele bu kobudluğu meni Valehe teref iteledi. Qayğıma qalardı. Anam mene destek olsaydı, bu gün uşaqlarım mektebe gederdi. Başqa ana çoxdan yanıma gelmişdi. O meni heç axtarmadı. Anam meni axtarsaydı, men bura düşmezdim, ele yoldaşımda qalardım. Valeh mene demişdi ki, ne vaxtsa onu atıb getsem, elil qalacam. Zamanla hirsi soyuyacaq, etdiyi sehvlerine göre peşman olacaq. İndi özümü, uşaqlarımı düşünmeliyem. Mektebe gede bilmeseler de elifbanı, toplayıb çıxmağı bilirler. Senedlerimiz düzelen kimi gedeceyik. Amma Bakı üçün çox darıxacağam. Öyreşmişem bura. Sadece, qohumlardan uzağam deye ora qayıtmaq isteyirem. Burda heç kesim yoxdur, tekem.

 

- 4 balan var...

 

- Ele şeyler var ki, onlarla danışa bilmerem. Tek olmaq çox çetin gelir mene.

 

Her defe kövreldikce, özünü toplamağa çalışır. Bu defe özünü saxlaya bilmir, ağlayır. Gözünden axan yaş hicabını isladır.

 

- Meni tek qalanlar başa düşer. Onun başqa yolu yoxdur. Düşünürem ki, onun başqa çıxış yolu yoxdur. Dalımızca o da gelecek. Sadece, qorxuram ki, mene zerer verer.

 

Yaşadığı çetinliklere reğmen, Firuzenin gözel arzuları var. Ukraynaya qayıdan kimi uşaqları mektebe qoyacaq. Sonra öz tehsili ile meşğul olacaq. Tezeden doqquz illik buraxılış imtahanına girecek, ardınca 11 illik. Uşaqlıq arzusunu gerçekleşdirecek. Hüquqşünas olacaq. Özü ve 4 balası kimi hüquqları pozulan insanların hüquqlarını qoruyacaq.

 

***

 

Uşaq Sığınacağı İnteqrasiya Birliyinin sedri Vasif Akiflinin Lent.az-a dediyine göre, artıq Firuzenin senedleri düzelmek üzredir. Ukraynadan onun doğum haqda şehadetnamesinin üzü gönderilib. Birinci merhelede Firuzenin senedleri hazırlanacaq, sonra uşaqların senedinin üstünde işleyecekler. Bu zaman Valeh de işe celb edilecek. Atalığı qebul etmediyi halda Firuze uşaqları öz üstüne götürmek isteyir...


Oxunub 5 defe