Xəbərlər ::

DÜNYA :: Azerbaycanlı diplomatlar ermeni müelifin "The Guardian"dakı yazısına cavab veribler

03-09-2015 11:23

Azerbaycanlı diplomatlar Amerika Ermeni Milli Komitesinin (ANCA) emekdaşı Simon Mahakyanın münaqişe zonalarında medeni irsin qorunması ile bağlı “The Guardian”dakı yazısına hemin neşrde cavab veribler.

 

APA-nın melumatına göre, Azerbaycanın Böyük Britaniyadakı sefiri Tahir Tağızade müellifin medeni irsin qorunmasının vacibliyi barede yazması ve Azerbaycanı  tenqid etmesini gülünc adlandırıb: “Ermenistan ve Azerbaycan arasında münaqişe zamanı Azerbaycan deyil, Ermenistan monoetnik ölkeye çevrilib ki, bu da dünyanın bu bölgesinde nadir nümunedir. Bu ölke özünün etnik azerbaycanlı ehalisinin esrlerle yaşı olan medeni ve tarixi irsini silmekle tekmedeniyyetli cemiyyete çevrilmek siyaseti aparır”.

 

Sefir bildirib ki, Ermenistan hemin siyaseti daha zorakı şekilde işğal olunmuşDağlıq Qarabağ ve etraf rayonlarda da heyata keçirir: “Britaniyalı seyyah Corc Mitçel 2014-cü ilin noyabrında işğal olunmuş torpaqlara sefer ederken işğal olunmuş Azerbaycan şeheri olan Ağdamı “kabus şeheri” ve “Qafqazın Xirosiması” adlandırıb, etraf erazilerde tebietin ve medeni-tarixi irsin dağıdılması barede hesabat hazırlayıb. Azerbaycan defelerle beynelxalq faktaraşdırıcı missiyaları işğal olunmuş erazilerde medeni irsin qorunması ile bağlı veziyyeti öyrenmeye çağırıb, Ermenistan ise bu missiyanın öz işini icra etmesine mane olub. ATET-in faktaraşdırıcı missiyası 2005 ve 2010-cu illerde Azerbaycanın işğal olunmuş erazilerinde medeni irsin dağıdılması ile bağlı hesabat verib. Buraya muzeylerin talan edilmesi, tarixi, medeni ve dini ehemiyyeti olan abidelerin dağıdılması, yerlerde veziyyetin deyişmesine cehdler daxildir. Bu güne kimi de davam eden bu siyasetin esas meqsedi işğal olunmuş erazilerin tarixini saxta menbeler esasında yeniden yazmaqdır. Biz Azerbaycanda bütün etnik ve dini azlıqların tarix ve medeniyyetine hörmetimizle fexr edirik. Buna en yaxşı nümune Bakının merkezi meydanlarından birinde yerleşen ermeni kilsesidir. Bununla yanaşı, Azerbaycanın Ermenistanın özünde, elece de Dağlıq Qarabağ ve etraf 7 rayonda olan demek olar ki, bütün abidelerinin dağıdılması teessüf doğurur”.  

 

Azerbaycanın UNESCO yanında daimi nümayendesi Anar Kerimov ise qeyd edib ki, Azerbaycan üçün medeni irsinin qorunması hemişe vacib ve hessas mesele olub: "Culfa qebristanlığının mehv edilmesi ile bağlı ittihamlar Azerbaycanın işğal edilmiş erazilerinde aparılan medeni temizleme kimi dehşetli faktlardan beynelxalq ictimaiyyetin diqqetini yayındırmağa yönelmiş növbeti cehddir. 1990-cı illerin evvellerinden başlayaraq Azerbaycan medeniyyetinin zenginliyini temsil eden medeni ve dini irsi tekce Azerbaycanın işğal edilmiş Dağlıq Qarabağtorpaqlarında ve 7 etraf rayonlarda deyil, hem de Ermenistanın öz serhedleri daxilinde vehşicesine dağıdılıb ve mehv edilib. Ermenistanın Masis rayonunda Ağa Dede mescidi ve qebristanlığının mehv edilmesi Azerbaycan ehalisine qarşı aparılan növbeti medeni terrorizm nümunesidir. Azerbaycan hökumeti bu meseleleri, UNESCO ve müraciet edilmiş müvafiq teşkilati mexanizmlerin monitorinq missiyaları daxil olmaqla, müvafiq beynelxalq teşkilatların diqqetine çatdırıb. Bütün bu cehdlere baxmayaraq, bu teşebbüsleri blok etmeye yönelen Ermenistanın neqativ mövqeyi neticesinde bu missiyaların işi baş tutmayıb. Azerbaycan UNESCO-nun qlobal missiyasını ve medeniyyetlerarası dialoq ve yaxınlaşmanı güclü şekilde destekleyir”.


Oxunub 288 defe