Xəbərlər ::

HADİSƏ :: Cocuq Mercanlıda xeyli sayda herbi sursat aşkarlandı

20-05-2017 00:38

Azerbaycan Respublikası Erazilerinin Minalardan Temizlenmesi üzre Milli Agentlik (ANAMA) mayın 19-da Agentlik terefinden Cebrayıl rayonunun Cocuq Mercanlı kendinde aparılan temizleme emeliyyatı barede hesabat açıqlayıb.

 

ANAMA-dan APA-ya verilen melumata göre, Cocuq Mercanlıda gün erzinde 1 495 eded qelpe, 2 eded partlamamış herbi sursat (PHS) (30 mm-lik silah qumbarası (VOQ-17)), 3 eded piyada eleyhine mina (OZM-72) ve  8 eded tank eleyhine mina (1 eded TM-57 minası ve 7 eded TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edilerek zerersizleşdirilmesi üçün götürülüb, netice etibarile 19 064 kv.m (1.91 ha) erazi tam temizlenmiş, 28 100 kv.m (2.81 ha) erazi ise xüsusi mexaniki vasitelerle temizleme üçün hazırlanıb(Cemi: 47 164 kv.m (4.72 ha)).