Xəbərlər ::

HADİSƏ :: 26 yaşlı genc avtomatla güllelendi - Bakıda

20-05-2017 03:06

Bakıda güllelenme hadisesi baş verib. APA-nın melumatına göre, hadise Sabunçu rayonu erazisinde, Albalılıq yaşayış massivinde qeyde alınıb.

 

Mayın 19-da axşam saatlarında 1991-ci il tevellüdlü Dadaşov Elnur Etibar oğluna “Kalaşnikov” avtomatından ateş açılıb. Gülle 26 yaşlı gencin bedeninin sol terefinden deyib, 5,45 kalibrli gülle onun daxili orqanlarını zedeleyib. Elnur Dadaşov qohumları terefinden 3 saylı Şeher Kliniki Xestexanasına çatdırılıb, emeliyyat olunub.

 

Yaralının qohumları bildiribler ki, Elnur Dadaşova namelum avtomobilde olan şexsler terefinden ateş açılıb. Lakin onlar qanlı hadisenin motivi barede melumatsız olduqlarını bildiribler. Faktla bağlı Sabunçu Rayon Polis İdaresinde araşdırmalara başlanılıb. 26 yaşlı Elnur Dadaşovun hansı sebebden ve kim terefinden güllelendiyi deqiqleşdirilir.


Oxunub 32 defe