Xəbərlər ::

SOSİAL :: Süni qidalar fesadlar yaradır - Analara XEBERDARLIQ

26-05-2017 18:52

“Ana olmağa hazırlaşan her bir qadının körpesini ana südü ile qidalandıracağı ile bağlı qeti fikri olmalıdır. Ananın övladı qarşısında bir çox borcları var. Onlardan birincisi körpeni ana südü ile qidalandırmaqdır”.

 

Bunu APA TV-nin “Önce sağlıq” proqramında pediatr-neanotoloq, Merkezi Klinik Xestexananın Uşaq Merkezinin müdiri Sevda Esedova deyib.

 

 

Mütexessis bildirib ki, analar bu hala daxilen, ruhen hazır olmalıdırlar: “Ana südü uşağın immun sisteminin esasını qoyur. Ana südü tekce qida, kalori, immuniteti möhkemlendirmek demek deyil. Körpenin ilk andan ana südü ile qidalandırılması onun  sosial, psixoloji baxımdan inkişafı üçün de mühüm ehemiyyet kesb edir. İlk süd yeni, doğumdan sonra uşağa verilen süd terkib etibarile çox zengindir. Onun az miqdarında bele yüksek kalori var. Körpenin immun sisteminin esası hemin an qoyulur. Körpe ilk günlerinden ana südü ile qidalandıqda, onun mede-bağırsaq sisteminin florası yaranır, bu da uşağın sonrakı heyatı üçün çox önemlidir. Her bir qadın, ana bunu derk etmelidir. Ana övladını südle qidalandırdıqda ona sağlam gelecek bexş etmiş olur. Uşağa süd vermek hem de ana ile körpe arasında doğmalıq bağı yaradır”.

 

Mama-ginekoloq, Klinik Tibbi Merkezin emekdaşı Terane Hesenova da deyib ki, körpenin ana südü ile qidalandırılması uzun illerdir ki, UNİSEF-in esas tövsiyelerinden biridir:  

“Tövsiye olunur ki, uşağı iki il müddetinde ana südü ile qidalandırmaq daha düzgündür. Süd iki il müddetinde olmaya da biler. Her halda hansı zaman süd tükenecekse, o müddete qeder körpeye ana südü vermek her bir qadının analıq borcudur”.

 

Mütexessis deyib ki, uşağa uzun müddet süd vermek qadını süd vezi xesteliklerden qoruyur: “Süd vermek profilaktikadır. Qadınların tebii yolla bu profilaktikanı aparmaları vacibdir.  Ana süd verdiyi dövrde qida rasionunda vitaminli qidalara, meyve-tereveze üstünlük vermeli, ağartı mehsullarından daha çox istifade etmelidir. Ananın rasionunda zülal, karbohidratlı, minerallı qidalar bol olmalıdır. Ağır kalorili yemeklerden qaçsalar yaxşıdır. Qida rasionunu düzgün seçende ana heç vaxt artıq çeki almaz”.

 

S. Esedova da deyib ki, süd ifrazı zamanı qadın kalori xercleyir: “Süd vermek indi daha çox gündemde olan artıq çeki problemini hell edir. Çünki süd veren ana hem de enerji xercleyir, ona göre de qadınlar  süd vermekle artıq çeki probleminden azad olarlar”.

 

Bes hansı hallarda ananın körpeye süd vermesi qadağan oluna biler?

 

Mütexessisler bele istisnaların olduğunu deyib. S. Esedovanın sözlerine göre, bezi xesteliklerin keskinleşme dövründe ana südünün verilmesi qadağan olunur: “Amma bele hallar çox az olur. Meselen, eger anada ağır gedişli sifilis, QİÇS, açıq verem varsa, körpeye süd vere bilmez. Bezen çox esassız yere körpeni ana südünden mehrum edirler. Ana deyir ki, menim qan rezusum menfidir ve körpeye süd vere bilmeyeceyem. Bu, absurddur. Ve yaxud da ana deyir ki, qanımda mikrob var, uşağa süd ver bilmerem.  Bunların heç bir esası yoxdur. Yalnız qadında ağır infeksion xestelikler olanda süd verilmeye biler. Bezen deyirler ki, ana südünü analize vermişik,  mikrob yoxdursa, uşağa verilecek. Bunlar tamamile yanlışdır. Ana südünde mikrob olmur. Yalnız ağır infeksion xestelikler ve ananın qebul etdiyi bir sıra ağır dermanlar südün verilmesi üçün eks gösteriş sayılır. Qalan diger hallarda uşağı ana südünden mehrum etmek  düzgün deyil, yolverilmezdir”.

 

Qeyseriyye kesiyi emeliyyatı olunan qadınların uşağa süd vermemesi,  yaxud bir neçe gün sonra vermesi hallarına münasibet bildiren mütexessisler bele bir gösterişin de  olmadığını bildiribler.

 

S. Esedova deyib ki, qeyseriyye emeliyyatı uşağı ana südü ile qidalandırmaq üçün eks gösteriş deyil: “Demek olar ki, bütün hallarda qeyseriyye kesiyi emeliyyatı spinal anesteziya ile aparılır ve uşaq doğulan anda, emeliyyat gede-gede körpeni ananın qucağına qoyurlar, o da körpesine süd verir.  Bu emeliyyatın süd vermek üçün heç bir eks gösterişi yoxdur”.

 

T. Hesenova ise qeyd edib ki, bezi pasiyentler körpeye ana südünü vermemeyi  süd vezilerinin quruluşunun pozulması ile elaqelendiriler: “Ana heç bir halda uşağı ana südünden mehrum etmemelidir. Problem olsa bele, tebabet ele inkişaf edib ki, süd vezilerini estetik emeliyyatla evvelki halına qaytarmaq mümkündür. Halbuki körpeni ana südü ile qidalandırmaq süd vezilerinin xarici görünüşünü heç bir halda keskin şekilde deyişdirmir”.

 

S. Esedova vurğulayıb ki, körpe ana südü ile qidalanmırsa, onların mede-bağırsaq sisteminde problem yaranır, uşaqlar qebizliye meylli olur, ümumiyyetle, xestelenme riskleri çoxalır.

 

Onun sözlerine göre, süni, müxtelif qarışıqlı qidalarla qidalanan körpelerde infeksiyalara daha çox rast gelinir: “Bezen valideynler telesirler uşaqlara ana südü ile yanaşı bir sıra süni qidalar, sıyıqlar da verirler. Uşağın bunu qebul etmesine, çekisinin artmasına göre hetta sevinirler. Amma telesmek lazım deyil. Uşağı her yaş dövrüne uyğun qidalandırmaq lazımdır. Artıq qidaları körpenin qida rasionuna salmaq düzgün deyil. 

Uşağın çox qidalanması, çekisinin artması hele onun sağlam olması demek deyil. Sonradan hemin uşaqların sehhetinde müxtelif problemler, o cümleden endokrin xestelikler yaranır ki, bununla da mübarize aparmaq çox çetin olur. Qida balansını pozmaq olmaz. Körpe lazım olandan, xerclenenden çox kalori alarsa, sonradan bu, depolaşır. Amma ana südü ile qidalananda balans pozulmur”.

 

Terane Hesenova da qeyd edib ki, ekser hallarda süni qida ile qidalanan uşaqların çekisi daha artıq olur ve bu da problemlere yol açır.

 

Ana südü az olarsa, onu nece artırmaq olar?

 

Mütexessisler deyibler ki, ana südünü artıracaq her hansı derman yoxdur. Müxtelif dermanlar müveqqeti olaraq südü artıra biler. Onlar südün çox olması üçün düzgün qidalanmağı, daha çox maye qebul etmeyi, daim hereketli olmağı, açıq havada gezmeyi tövsiye edibler.

 

Bezi hallarda hekimlerin anaları süni qidalara yönlendirmeleri barede seslenen fikirlere münasibet bildiren mütexessisler bunun yolverilmez olduğunu vurğulayıb, uşaqların hüquqlarının pozulması kimi deyerlendiribler. S. Esedova deyib ki, her bir doğum evinde analara uşaq doğulan kimi körpeye ana südü vermek tövsiye olunmalıdır: “Bilenler bilir, bilmeyenlere demek lazımdır ki, ana südü uşaq üçün qoruyucudur. Ana südü ile qidalanan uşaqların psixoloji inkişafı da normal gedir. Yeni körpede heç bir aqressivlik, hiperaktivlik ve s bu kimi sindromlar inkişaf etmir. Körpenin inkişafına dair "Min gün" proqramı var. Bu, körpelerin betndaxili inkişaf dövründen başlayaraq iki il boyunca davam eden bir proqramdır. Burada esas amil körpelerin ana südü ile qidalandırılmasıdır. Her bir qadın bilmelidir ki, süd vermek hem de ananı bir çox xesteliklerden qoruyur”...

 


Oxunub 51 defe