Xəbərlər ::

SOSİAL :: Kafede qıza göre adam öldürmekde teqsirlendirilen şexs 20 İL CEZA TELEBİ

07-06-2017 14:45

 

Kafede işleyen qıza göre qetl töretmekde teqsirlendirilen 1992-ci il tevellüdlü İlqar Ehmedovun ve xuliqanlıqda teqsirlendirilen 1983-cü il tevellüdlü Emin Ceferovun cinayet işi üzre mehkeme prosesi davam etdirilib.

 

Lent.az-ın melumatına, Bakı Ağır Cinayetler Mehkemesinde hakim Mahmud Ağalarovun sedrliyi ile keçirilen prosesde mehkeme istintaqı başa çatıb. Söz prokurorluğa verilib.

 

Dövlet ittihamçısı çıxış ederek İ.Ehmedovun 20 il, E.Ceferovun 9 il müddetine azadlıqdan mehrum edilmesini isteyib.

 

Teqsirlendirilen şexslerin vekilleri müdafie çıxışı ederek esas şahidlerin mehkemede dindirilmediyini, buna göre de işin her terefli araşdırılmadığını bildiribler.

 

İ.Ehmedovun vekili Reşid Mirmehdizade deyib ki, müvekkilinin qetle yetirilen Murad Hüseynovu bıçaqla vurduğunu gören olmayıb. Sadece İlqar özü istintaqa ifadesinde bunu etiraf edib. Mehkemede de dedi ki, bu ifadesini tezyiq altında verib. Onu qardaşını hebs etmekle qorxudublar.

 

Mehkeme prosesi iyunun 13-de davam etdirilecek.

 

Qeyd edek ki, hadise Bineqedi rayonunda, “DSK” yolunun üstünde üzerinde kafede baş verib. Kafede olan oğlanlardan birinin orada işleyen Aynureye sataşması davaya sebeb olub.

 

2017-ci il yanvarın 1-de "DSK" yolunun üzerinde 1997-ci il tevellüdlü Murad Hüseynovun meyiti küçede tapılıb.

 

Hadiseni töretmekde şübheli bilinen, 1992-ci il tevellüdlü İlqar Arif oğlu Ehmedov müeyyen edilerek saxlanılıb. Araşdırmalar zamanı melum olub ki, İ. Ehmedov M. Hüseynovun dostu, 1982-ci il tevellüdlü Rövşen Ağayeve de bıçaq xesaretleri yetirib. R. Ağayev xestexanaya yerleşdirilib.

 

Onu da qeyd edek ki, qetlde teqsirlendirilen İlqar Ehmedov cinayeti töretmediyini bildirib. Hemçinin o, saxlandığı istintaq tecridxanasında intihara cehd edib. 


Oxunub 23 defe