Xəbərlər ::

HADİSƏ :: Ona qarşı cinayet töretmiş yaxın dostunu bağışladı - BAKIDA FİLM KİMİ HADİSE

11-06-2017 15:27

Onlar uşaqlıqdan bir-birlerini tanıyıblar. Eyni mehellede böyüyübler, eyni mektebde tehsil alıblar. Günlerin birinde ise dostunun aldığı menzile qedem qoyan “dost”un gözü yataq otağındakı tabloya sataşıb. Tablonun arxasında demir seyf, içerisinde ise pul saxlanıldığına emin olduqdan sonra onu ele keçirmek üçün yollar axtarıb. Tapıb da...

 

Bakı Ağır Cinayetler Mehkemesinde oğurluqda ittiham olunan Sadiq Heybetov ve Röyal Kerimlinin cinayet işi üzre mehkeme prosesi keçirilir. Lent.az Virtualaz.org-a istinaden xeber verir ki, prosese hakim Elövset Abbasov sedrlik edir.

 

İstintaqla müeyyen edilib ki, Sadiq Heybetov ve Röyal Kerimli cinayet eleqesine girerek 15 yanvar 2017-ci ilde axşam saatlarında Nerimanov rayonu, M.Elizade küçesi, ev 17 ünvanında yerleşen tikintisi başa çatmamış binanın 11-ci mertebesine qalxıblar. Hemin binanın 10-cu mertebesinde, Samir Ulubeyova mexsus menzilin eyvanına kendirle düşübler, içerisinde 40 min dollar, 30 min avro olan demir seyfi oğurladıqdan sonra hadise yerini terk edibler.

 

Oğurluq hadisesinin baş vermesinden evvelce aile başçısı xeber tutub. Ev sahibi S.Ulubeyov aile üzvleri ile birlikde eve daxil olan zaman menzilin qapısının açıq olduğunu, yataq otağının divarına quraşdırılımış demir seyfin ise oğurlandığını görüb. Derhal bu barede Daxili İşler Nazirliyinin 102 xidmetine melumat verib. Araşdırmalar zamanı menzilin Samir Ulubeyovun yaxın dostu Sadiq Heybetov terefinden qaret edildiyi melum olub. S.Ulubeyov evvelce dostunun bele bir cinayet töretmesine inanmasa da, S.Heybetov töretdikleri emeli etiraf edib.

 

Teqsirlendirilen şexs qisminde dindirilen Sadiq Heybetov ona elan olunmuş ittihamla özünü qismen teqsirli bilib. İfadesinde Samir Ulubeyovu uşaqlıq illerinden tanıdığını, bir mehlede yaşadıqlarını, eyni mektebde oxuduqlarını, ailevi gediş-gelişleri olduğunu gösterib. 2016-cı ilin yay aylarında Sadiq uşaqlıq dostu ile birge onun yeni aldığı menzile gelib. Hemin vaxt menzilin yataq otağının divarında demir seyfin yerleşdirildiyini görüb. Banklara kredit borcu olan Sadiq dostunun evinden oğurluq etmeyi planlaşdırıb. Lakin oğurluğu tek törede bilmeyeceyini görünce tanışı Röyal Kerimli ile danışaraq, razılığa gelibler: “Maddi veziyyetim ağır idi. Banklardan kredit götürmüşdüm, qaytara bilmirdim. Oğurluq etmeyi, pulu aramızda bölmeyi Röyala teklif etdim, razılaşdı. Yeni il bayramı erefesi idi deye, oğurluğu bayramdan sonraya saxlamağı qerara aldıq. Binanın heyetine gelib baxış keçirdik, on birinci mertebeye qalxdıq. Binada hele de temir işleri aparılırdı. Röyal oğurluq üçün kendir, demir ling ve el izleri qalmasın deye elcek lazım olduğunu dedi”.

 

Heftenin bazar günü menzilde adam olmayacağını evvelceden müeyyenleşdirdikden sonra cızdıqları planı ele hemin gün reallaşdırıblar. R.Kerimli ile birlikde binanın 11-ci mertebesine qalxıblar. Röyal özü ile getirdiyi kendiri qaz borusuna bağlayıb ve qaret edecekleri menzilin eyvanına düşüb: “Menzile Röyal girdi. Men onu 11-ci mertebede gözledim. Bir müddet sonra elinde döşekağıya bükülmüş seyfle birlikde pillekenlarla qalxaraq yanıma geldi. Röyal gelenden sonra kendiri qaz borusundan açdım. Birlikde binadan endik”.

 

Oğurladıqları seyfi R.Kerimlinin tanışı Aslan Mikayılova mexsus avtomaşınla S.Heybetovun Digah qesebesindeki heyetine apararaq orada açıblar: “Aslan bizi maşından düşürenden sonra on-on beş deqiqeye geleceyini dedi. Röyal lingle seyfi qırmağa başladı. Ele bu vaxt sese Aslan geri qayıtdı ve ne etdiyimizi soruşdu. Seyfi oğurladığımızı dedik. Buna çox pis reaksiya verdi. Onu tehlükeye atdığımızı bildirdi ve avtomaşına minib getdi. Seyfden çıxan pulları Röyalla aramızda böldük. Sonra yola çıxıb taksi saxlatdıq, Sahil qesebesine getdik. Boş seyfi Lökbatan erazisindeki kolların arasına tulladıq. Elde etdiyim pulların bir qismini öz maddi ehtiyaclarıma xercledim. Yanvarın 21-de Badamdar qesebesinde tikilide işlediyim zaman mülki geyimli şexsler yaxınlaşaraq polis emekdaşları olduqlarını dediler ve meni Nerimanov Rayon Polis İdaresine apardılar”.

 

Teqsirlendirilen şexs qisminde dindirilen Röyal Kerimli ifadesinde Sadiq Heybetovu dostlarının vasitesile tanıdığını, mütemadi olaraq görüşüb elaqe saxladıqlarını deyib: “Maddi veziyyetimiz ağır idi. Sadiq bankdan kreditler götürmüşdü, qaytara bilmirdi. Her ikimize pul lazım idi. Sadiq oğurluq edib, pulları beraber bölüşdürmeyi teklif etdi, razılaşdım. Hadise baş veren gün kendirle eyvana düşdüm. Menzilde kamera olacağını fikirleşib bütün işıqları avtomatdan ayırdım. Seyfin yataq otağında olduğunu Sadiq mene evvelceden demişdi. Yataq otağına keçdim. Divara tablo gördüm. Seyfin hemin tablonun arxasında olacağını fikirleşdim. Tablonu götürdüm, heqiqeten de arxasında demir seyf olduğunu gördüm”.

 

R.Kerimli ifadesinde payına düşen pulları yaşadığı heyetde basdırdığını gösterib: “Bölüşdürme zamanı mene çatan pulları aile üzvlerim görmesin deye yaşadığım menzilin heyetinde basdırdım. Ertesi gün pulun müeyyen hissesini götürüb Lenkeran şeherine getdim, istirahete ve kefe xercledim. Bakıya qayıtdıqdan sonra 21 yanvar 2017-ci ilde mülki geyimli şexsler yaxınlaşaraq özlerini teqdim etdiler, polis olduqlarını dediler ve meni Nerimanov Rayon Polis İdaresine apardılar”.

 

Zererçekmiş şexs qisminde dindirilen Samir Ulubeyov ifadesinde hadise baş veren gün heyat yoldaşı ve iki övladı ile birge istirahet etmek üçün evden çıxdıqlarını gösterib. Axşam saatlarında eve qayıdarken menzilin qapısını açmaq isterken qapının açıq veziyyetde olduğunu görübler: “Menzili işığını yandırmaq istedik, yanmadı. İşıqlar elektrik avtomatından ayrılmışdı. İşıqları yandırdıqdan sonra otaqlarına baxdıq. Men dehlizde olarken heyat yoldaşım heyecanlı şekilde yataq otağının divar hissesine yerleşdirilmiş demir seyfin oğurlandığını dedi. Derhal bu barede polise melumat verdim”.

 

Oğurluq hadisesinden sonra teqsirlendirilen şexslere taksi xidmeti gösteren Aslan Mikayılov baresinde Cinayet Mecellesinin 307-ci (Cinayet baresinde xeber vermeme ve ya qabaqcadan ved etmeden cinayeti gizletme) maddesi ile ittiham ireli sürülüb ve cinayet işi ayrıca icraata verilib.

 

S.Ulubeyov deymiş ziyanın ödenildiyini, teqsirlendirilen şexslere qarşı heç bir şikayeti ve telebi olmadığını deyib.

 

Mehkeme prosesinde dövlet ittihamçısı çıxış ederek teqsirlendirilen şexslerin her ikisinin 9 il 6 ay müddetine azadlıqdan mehrum edilmesini isteyib.

 

Mehkeme prosesi 13 iyunda davam edecek.


Oxunub 71 defe