Xəbərlər ::

İDMAN :: Millileşdirdiklerimiz: Braziliya Ukraynaya çatdı

11-06-2017 17:55

DÇ-2018-in seçme merhelesinde Şimali İrlandiya ile oyun millimizin 0:1 hesablı meğlubiyyeti ile başa çatıb. Apasport.az saytının melumatına göre, matç yığmamızın heyetinde debütle elametdar olub.

 

Bele ki, 6 ildir karyerasını ölkemizde davam etdiren Riçard Almeyda ilk defe yığmanın forması ile meydana çıxıb. “Qarabağ”ın yarımmüdafieçisi esas millinin formasını geyinmiş 221-ci futbolçu olub.

 

Almeyda hem de ölkemizin futbol şerefini qoruyan 47-ci ecnebidir.

 

Bu vaxta qeder yığmamızda en çox rusiyalı futbolçular çıxış edibler – 19 nefer.

 

Almaniyalı oyunçularda bu say 9-a, ukraynalılarda ise 6-a beraberdi. Almeydanın gelişi ile braziliyalılar da ukraynalılara çatdı.

 

Yığmamızda heresinden bir nefer olmaqla – bolqarıstanlı, gürcü, ispaniyalı, latviyalı, nigeriyalı, qazaxıstanlı ve serbiyalı futbolçular da çıxış edib.


Oxunub 76 defe