Xəbərlər ::

İDMAN :: Prosineçki esebleşse de, “Bursaspor” öz işindedi

11-06-2017 18:04

“Bursaspor”un prezidenti Ali Ay yene millimizin baş meşqçisi Robert Prosineçki haqqında danışıb. Apasport.az saytının melumatına göre, qardaş ölke temsilçisinin xorvat baş meşqçiye olan sevgisi tükenmek bilmir.

 

Klub resmisi dünen keçirilen Azerbaycan – Şimali İrlandiya qarşılaşmasından evvel yerli metbuata açıqlama vererek, Prosineçki ile 70-80 faiz anlaşdıqlarını deyib: “Yeni baş meşqçini gelen hefte açıqlayacağıq. Ancaq resmileşmeden heç bir açıqlama vere bilmerem. Danışıqlar davam edir. Prosineçki ile görüşürük, lakin onun Azerbaycan millisi ile müqavilesi var. Resmi anlaşma elde etdikden sonra açıqlama vereceyik. Onu deye bilerem ki, 70-80 % anlaşmışıq. Eger Robert Prosineçki ile bağlı son anda problem çıxsa, başqa variantlarımız da var”.

 

Qeyd edek ki, dünen baş tutan Azerbaycan - Şimali İrlandiya oyunundan (0:1) sonra keçirilen metbuat konfransında “Bursaspor”la bağlı sualı cavablandırmaqdan imtina eden xorvat çalışdırıcı jurnalistlerin tekidinden sonra esebleşerek qarşısındakı su qabını sındırmışdı.


Oxunub 53 defe