Xəbərlər ::

Avtomobil :: ​“Avtoyuma menteqelerinde ...” - Neler SEHV olunur?

13-08-2018 14:27

Avtoyuma menteqelerinin maşınlara vurduğu ziyanla bağlı artıq çoxlarımızın melumatı var.

Ustalar iddia edirler ki, bezi avtoyuma menteqelerinde avtomobilin hansı madde ile yuyulduğu bilinmir.

Avtomobil üzre texniki meslehetçi Eli Sultanov Payiz.az-a açıqlamasında bildirir ki, bezi menteqelerde avtomobilleri yumaq üçün hetta qab şampunundan istifade olunur:

“Avtomobili qab şampunu ile yumaq olmaz. Ümumiyyetle, ev şeritinde avtomobilini yuyanlara qab şampunundan istifade etmemeyi tövsiyye edirem. Çünki qab şampununda olan bezi kimyevi maddeler avtomobilde leke qoyur. Xüsusile de, qızmar güneş altında avtomobili bu şekilde yumaq tövsiyye olunmur. Çalışın ki, avtomobili kölgede yuyasınız. Yuyarken ise xüsusi satışda olan avtomobil şampunlarından istifade edin”.

Texniki meslehetçi Eli Sultanov elave edir ki, yüksek tezyiqli su ile avtomibili yumaq ona çox zerer verir:

“Yüksek tezyiqle gelen su avtomobilin rengini zedeleyir, hemçinin onun şüşülerinin kenarındakı rezin hisseleri parçalayır. Avtomobili yuyarken su ile avtomobil arasında mütleq yarım metr mesafe olmalıdır. Avtoyuma menteqelerinde çox vaxt bu mesafe 10 sm-den çox saxlanılmır. Ona göre de, avtomobillerin rezinlerinin hamısı kesik-kesik olur. Bu sebeble, sürücülere avtomobillerini yudurdarken diqqetli olmaları tövsiyye olunur”.

Mütexessisler ise bildirirler ki, avtoyuma menteqelerinde suvuran aparatın tezyiqi 200-210 yox, 130-150 bar arasında tenzimlenmelidir. Bele olduqda heç bir avtomobile ziyan deymez.

Xeyale Memmedova / PAYIZ.AZ


Oxunub 41 defe