Xəbərlər ::

İDMAN :: Almaniya qalib geldi, Yunanıstan uduzdu

05-09-2015 05:40

Payiz.Az-ın “qol.az”-a istinaden melumatına göre,  D, F ve İ qrupunda oyunlar keçirilib.

 

D qrupunun merkezi qarşılaşması Almaniyada baş tutub. Burada Almaniya yığması Polşa ile münasibetlerine aydınlıq getirib. Yoahim Lövün komandası qalib gelerek (3:1) liderliye yükselib. Qrupun diger oyunlarında Şotlandiya seferde Gürcüstana uduzub – 0:1.  İrlandiya millisi ise Cebellütariqi darmadağın edib – 4:0.

 

F qrupunda lider Rumıniya yığması bu tur seferde Macarıstanın qonağı olub. Görüşde hesab açılmayıb. Qrup ikincisi Şimali İrlandiya millisi ise seferde Farer adaları ile qarşılaşıb ve 3:1 hesablı qelebe qazanıb. Diger görüşde autsayderler Yunanıstan ve Finlandiya yığmaları üz-üze gelib. Qarşılaşma skandinaviyalıların qelebesi ile başa çatıb – 1:0.

 

İ qrupunda eyni xala malik (10) Danimarka ve Albaniya yığmaları üz-üze gelib. Matçda qapılara qol vurulmayıb. Albaniya ile görüşde baş veren melum qalmaqala göre 3 xalı silinen Serbiya yığması bu tur evde Ermenistanla qarşılaşıb ve reqibini meğlub edib – 2:0. Qrupun hazırkı lideri Portuqaliya millisi ise bu tur istirahet edecek.

 

4 sentyabr

"Avro-2016"nın seçme merhelesi, 7-ci tur

 

 

D qrupu

 

Gürcüstan – Şotlandiya - 1:0

 

Cebellütariq - İrlandiya 0:4

 

Almaniya - Polşa - 3:1

 

F qrupu

 

Yunanıstan - Finlandiya - 0:1

 

Farer adaları - Şimali İrlandiya - 1:3

 

Macarıstan - Rumıniya 0:0

 

 

İ qrupu

 

Danimarka – Albaniya 0:0

 

Serbiya - Ermenistan  - 2:0 


Oxunub 223 defe