Xəbərlər ::

Ölkə :: Bakının 2 erazisinde neqliyyat şeraiti yaxşılaşdırılır

17-08-2018 16:54

3-cü mikrorayon dairesi ve "Memar Ecemi" metrostansiyası yaxınlığında neqliyyat şeraitinin yaxşılaşdırılması işlerine başlanılıb.

BNA-dan Payiz.az-a verilen melumata göre, Bakı Neqliyyat Agentliyinin mütexessislerinin erazide apardığı tehlillere esasen her iki ünvanda neqliyyat axınına manee yaradan amiller müeyyen edilerek aradan qaldırılması üçün plan hazırlanıb.

Plana esasen 3-cü mikrorayon dairesinin hendesi ölçülerinde deyişiklikler edilerek neqliyyat axını kanallaşdırılacaq. Bundan elave, dairenin giriş ve çıxış hisselerinde piyadaların hereketinin nizamlanması meqsedi ile svetoforlar quraşdırılacaq ki, bu hem de dairede neqliyyat axınının düzgün tenzimlenmesine imkan verecek. Eyni zamanda, daireye yaxın yerleşen neqliyyatın hereketine manee yaradan avtobus dayanacaq menteqeleri yeniden teşkil edilecek.

"Memar Ecemi" metrostansiyası yaxınlığında da, hemçinin, dairenin hendesi ölçülerinde deyişiklik edilmekle neqliyyat vasitelerinin hereketi kanallaşdırılacaq. Eyni zamanda, avtobus dayanacaq menteqelerinin yeri deyişdirilecek.


Oxunub 20 defe