Xəbərlər ::

Ölkə :: Prezident İlham Eliyev Receb Tayyib Erdoğanı tebrik edib

18-08-2018 19:20

Azerbaycan Prezidenti İlham Eliyev Türkiye Prezidenti Receb Tayyib Erdoğana tebrik mektubu gönderib.

Tebrikde deyilir: "Hörmetli cenab Prezident, Eziz Qardaşım, Qardaş Türkiyenin aparıcı siyasi qüvvesi olan Edalet ve İnkişaf Partiyasının Sedri vezifesine yeniden seçilmeyiniz münasibetile Sizi semimi qelbden tebrik edirem.

Qurucusu olduğunuz partiyanın yeniden Sedri seçilmeyiniz partiya üzvlerinin Size olan sonsuz inam ve etimadının aşkar tezahürü, Türkiyenin inkişafı ve rifahı namine gösterdiyiniz xidmetlere verilen yüksek qiymetdir.

Bu gün Azerbaycan-Türkiye dostluq ve qardaşlıq münasibetleri herterefli inkişaf edir ve regionda emin-amanlığın ve sabitliyin berqerar olmasına, inkişafa töhfeler verir.

Qarşılıqlı faydalı emekdaşlığımız, birge gerçekleşdirdiyimiz irimiqyaslı layiheler strateji terefdaşlığımızı seciyyelendiren mühüm meqamlardır. Eminem ki, birge seylerimizle Azerbaycan-Türkiye müttefiqliyi ve qardaşlığı bundan sonra da möhkemlenecek ve inkişaf edecekdir.

Size möhkem cansağlığı, işlerinizde uğurlar, qardaş Türkiye xalqına daim sülh ve firavanlıq arzulayıram".


Oxunub 20 defe