Xəbərlər ::

İqtisadiyyat :: "​Bu ayın sonunadek..." - İqtisadçıdan dollarla bağlı PROQNOZ

21-08-2018 07:24

Region ölkelerinde valyutaların düşüşünden sonra qlobal valyuta bazarında da deyişiklikler müşahide olunur.

İqtisadçı Vüqar Bayramov Payiz.az-a açıqlamasında bildirib ki, Ankara “1 dollar 6 Türkiye liresi” mezennesini qoruyub saxlamağa çalışsa da, bunun asan olmayacağı aydındır:

“Bele görsenir ki, hem Ağ Evde, hem de Ağ Sarayda ferqli ehval-ruhiyye var. Bu ise ABŞ ile Türkiye arasındakı gerginliyin arta bileceyinden ve bunun baş vereceyi halda lirenin yeniden tezyiqle üzleşeceyinden xeber verir. Rusiya rublu da heç de yaxşı günlerini yaşamır. Amma Kreml “rubla yeniden daha pis günleri yaşatmamaq” üçün mövcud iqtisadi ve psixoloji aletlerden faydalanmağa çalışır. Bununla bele, rublun başı üzerinden “qara buludların” çekildiyini söylemek tezdir.

ABŞ Prezidenti Trampın son tviti avroya yeniden nefes qazandırır. ABŞ Prezidenti Avropa ve Çini öz valyutalarını bilerekden ucuzlaşdıraraq ixracatda üstünlük qazanmağa çalışdıqlarını deyerek Federal Ehtiyatların Sisteminin uçot stavkasının artırlması ile bağlı siyasetini tenqid edib. Bele görsenir ki, Tramp Administrasiyası dolların sebet valyutalarına nisbeten möhkemlenmesinde hele de maraqlı deyil. Trampın “ucuz dollar böyük ixrac” yanaşması yene de aktualdır. Ağ Ev bu siyasetini davam etdirerse o zaman avronun yeniden möhkemlenmesi mümkündür. Qlobal ve regional valyuta bazarındakı deyişiklikler, tebii ki, milli valyutamıza da psixoloji tesir gösterir.

Lirenin ucuzlaşması ve rublun büdremesi Azerbaycanda öten hefte dollara telebi yükseltdi. Xarici valyutalara teleb nisbeten azalsa da, yene de evvelki aylar ile müqayisede yüksekdir. Önceden proqnozlaşdırdığımız kimi, bu ayın sonunadek dollara teleb yüksek olaraq qalacaq. Bele görsenir ki, Merkezi Bank sabit mezenne kursunu davam etdirmeye çalışır. Doğrudur, baş bankın mövqeyi manatın taleyini birbaşa hell eden faktordur. Bununla bele, Rusiyada rublun veziyyeti Merkezi Bankın gelecek valyuta siyasetine korrekteler getire biler. Neftin qiymeti manatın mezennesi üçün vacib olsa da, aqrar mehsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizine sahib olan şimal qonşumuzun valyutasının deyeri bizim üçün az ehemiyyetli deyil. Qeyri-neft ixracatındakı müqayiseli üstünlüklerimizin qorunub saxlanması üçün neftden kenar sektorlar üzre esas ticaret terefdaşlarımızda valyutaların veziyyetinin nezere alınması çox vacibdir. Amma bütün hallarda son qerarı Merkezi Bank verecek. Bütövlükde, noyabrın ikinci yarısından başlayaraq ilin sonunda dollara teleb yeniden yükseleceyi gözlenilir”.


Oxunub 24 defe