Xəbərlər ::

Təhsil :: Abituriyentlerin qeydiyyatı şenbe ve bazar günleri de aparılacaq - DİM

21-08-2018 15:24

Ali tehsil müessiselerine qebul olan abituriyentlerin qeydiyyatı şenbe ve bazar günleri daxil olmaqla avqustun 28-dek aparılacaq.

Dövlet İmtahan Merkezinden Payiz.az-a verilen melumata göre, ali tehsil müessiselerine qebul olan abituriyentler avqustun 28‑dek senedlerini daxil olduqları tehsil müessisesine teqdim etmekle qeydiyyatdan keçmelidirler. Dövlet İmtahan Merkezinin Direktorlar Şurasının qerarına esasen, 22-23 avqust 2018-ci il tarixlerinin qeyri-iş günleri olduğu nezere alınaraq, bakalavriat seviyyesine qebul olan abituriyentlerin qeydiyyatını aparan komissiyaların 25-26 avqust (şenbe ve bazar günleri) tarixlerinde de fealiyyet göstermesi temin edilecekdir.

Abituriyentler teleb olunan senedlerin siyahısını qebul olduqları ali tehsil müessisesinden öyrene bilerler.

Abituriyentin bu müddetde tehsil müessisesinde qeydiyyatdan keçmemesi onun yerleşdirildiyi ixtisas üzre tehsil almaqdan imtina etmesi kimi qiymetlendirilir.


Oxunub 28 defe