Xəbərlər ::

DÜNYA :: Düşenbede milise növbeti hücum: ölen ve yaralananlar var

05-09-2015 21:26

Tacikistanın paytaxtı Düşenbede hüquq-mühafize orqanlarının emekdaşlarına növbeti silahlı hücum edilib. APA-nın melumatına göre, bu barede “RİA Novosti”ye Tacikistan DİN-deki menbe bildirib. “Namelum şexslerden ibaret silahlı qrup Düşenbenin şerqinde, Vehdet şeheri istiqametindeki milis postunu ateşe tutub”, deye menbe bildirib. Hücum neticesinde bir asayiş keşikçisi helak olub, bir neçe neferi ise yaralanıb.   

 

Qeyd edek ki, sentyabrın 4-de Düşenbe aeroportu yaxınlığında silahlı şexsler ve milis arasında   atışma baş verib. Bundan başqa Düşenbede milis şöbesi silahlı hücuma meruz qalıb.

 

Melumata göre, hücumlar Tacikistanın müdafie nazirinin sabiq müavini  Cunaydullo Umarov terefinden teşkil olunub.  

 

Son melumata göre, atışmalar zamanı ölenlerin sayı 44 nefere çatıb. Onlardan 33-ü Tacikistan DİN ve Müdafie Nazirliyinin emekdaşları, 9 neferi ise  sabiq nazir müavinin silahlı destesinin üzvüdür.   


Oxunub 286 defe