Xəbərlər ::

Ölkə :: Acınohur erazisindeki ceyranların tehlükede olması ile bağlı melumat araşdırılıb

27-08-2018 11:39

Son günler Qax Dövlet Tebiet Yasaqlığının yaxınlığında yerleşen Acınohur düzenliyinin bezi erazilerinin ekin meqsedleri üçün istifade edilmesi ve bunun neticesinde ceyranların heyatına tehlüke yaranması barede yayılan melumatlar Ekologiya ve Tebii Servetler Nazirliyinin (ETSN) emekdaşları terefinden yerinde araşdırılıb.

Nazirliyin metbuat xidmetinden Payiz.az-a verilen melumata göre, Acınohur erazisi esasen yarımsehra bitkilerinden, şoranlaşmış sehra tipinden ibaretdir ve kend teserrüfatına yararlı torpaq sahesi kimi dövlet fonduna aiddir. Erazi dövlet fondunun qış otlaq saheleri olmaqla uzun illerdir icare esasında heyvandarlıqla meşğul olan ayrı-ayrı teserrüfatlara verilib:

"Ölke ehalisinin kend teserrüfatı mehsullarına olan telebatının ödenilmesi meqsedile hazırda erazinin 7500 hektarının aqro-texniki ve diger münbitleşdirme tedbirleri aparmaq yolu ile ekine yararlı hala salınması üçün “Aqroinkişaf-2017” MMC-ye ayrıldığı müeyyen edilib.

Aqrar fealiyyet heyata keçirilen zaman Acınohur düzünün qonşu erazilerinde meskunlaşan ceyran populyasiyasının mühafizesi, yaşama aspektlerinin nezere alınması ve teserrüfat işleri aparılarken ceyranların yaşam şeraitine tesir gösteren amillere ciddi riayet olunması şirket resmilerinin diqqetine çatdırılıb".

ETSN qeyd edibt ki, ceyranların qonşu erazilerde meskunlaşması ile bağlı ekoloji meselelerin prioritet hesab olunduğu şirket terefinden qebul edilib ve Acınohur gölünün cenub hissesinde ceyranların yem bazası üçün zeruri olan 2000 hektaradek erazide tedqiqatların aparıldığı dövrde bütün fealiyyetlerin dayandırılacağı bildirilib:

"Kend teserrüfatı işlerinin sivil teşkili yolu ile Nazirlikle birge erazide ekoloji layihelerin heyata keçirilmesi, o cümleden ceyranların yaşam veziyyetinin daha da yaxşılaşdırılması üçün su probleminin helli, yem bazasının yaxşılaşdırılması istiqametinde emekdaşlıq edilmesi qerara alınıb.

Eyni zamanda, Acınohur gölünün cenubunun ve Mingeçevir su anbarının şimal hissesi ile hemserhed olan erazilerde ceyranların yem bazasınıın azalması, sürüleri qoruyan itlerin ceyranlara birbaşa tehlüke yaratması sebebinden gelecekde bu torpaq sahelerinin heyvandarlıq meqsedile fermerlere verilmesinin mehdudlaşdırılması, istifadeye nezaretin güclendirilmesi ETSN terefinden Qax ve Samux rayon resmilerine tövsiye olunub.

ETSN esl vetendaş mövqeyi nümayiş etdirerek Azerbaycan tebietinin incisi hesab olunan ceyranların mühafizesi üçün heyecan tebili çalan her bir ictimaiyyet nümayendesine teşekkürünü bildirir ve tebietin qorunmasında emekdaşlığa xüsusi önem verir".


Oxunub 22 defe