Xəbərlər ::

MƏDƏNİYYƏT :: Prezidentin bacısı “Space”de

06-09-2015 11:47

Prezident İlham Eliyevin bacısı Sevil Eliyeva Bakıdadır.

 

 

Payiz.Az-ın musavat.com-a istinaden verdiyi xebere göre, Sevil Eliyeva sentyabrın 4-de sahibi olduğu “Space” telekanalına da baş çekib. Onun kanala gelişi axşam saatlarına tesadüf edib.

 

S.Eliyeva sonuncu defe kanalda 2007-ci ilde olubmuş. Heyetle görüşü, onların işi ile maraqlanması, her biri ile söhbet etmesi hemin vaxt da indiki kimi baş tutub. Melumatda bildirilir ki, 8 il bundan evvel de S.Eliyeva kanala iki oğlu ile birge gelmişdi. Bu defe de onu kanala gelişinde oğulları müşayiet edib. İşçilerle tanış olub, onların işleri ile maraqlanandan sonra S.Eliyeva telekanalın prezidenti Vaqif Mustafayevle yarım saatlıq görüş keçirib, ondan sonra kanalı terk edib.

 

Bu arada müğenni Elariz S.Eliyeva ile fotosunu sosial şebekede paylaşıb. Senetçi şekili çekilişde olarken çekdirdiyini qeyd edib: "Sevil xanım Eliyeva ve men Elariz Memmedoğlu Space telekanalında".

 

Elariz Memmedoğlu ans press-e açıqlamasında fotonun dünen çekildiyini bildirib:

 

“Dünen Aşıq Samirenin ad günü çekilirdi. Pavilyonda 20-ye yaxın müğenni vardı. Bir de gördük Sevil xanım Eliyeva ve Vaqif Mustafayev gelir. Bizimle söhbet etdiler, çekilişle maraqlandılar. Sevil xanım hetta  "Elariz, siz cavanlaşmısız" deyerek mene komplimentde de etdi. Bu görüş hamımıza çox gözel tesir bağışladı, heç vaxt bu görüşün teessüratlarını unutmayacam. Çekilişde iştirak eden müğenniler Sevil xanımla şekil çekdirdi. Yeni sosial şebekelerde paylaşdığım foto kollektiv şekilden kesilmiş hissedir”.

 

İlkin ehtimallara göre, son vaxtlar Space kanalına qarşı hücumlar, hetta MTRŞ seviyyesinde qınaq, verilişleri ile bağlı tenqidi mövqelerin çoxalması onun teklenmesi teessüratını yaradırdı. S.Eliyeva ise kanala gelerek, hem “gövde gösterisi” edib, hem de seçkiöncesi rehberliye yeni gösteriş ve strategiylarını verib.

 


Oxunub 480 defe