Xəbərlər ::

Maraqlı :: Günün qoroskopu - İmkan düşdükce imicinizi yaxşılaşdırın

29-08-2018 21:05

Payiz.az günün qoroskopunu teqdim edir:

Qoç - bu gün özünüz de hiss etmeden emosiyalarınızın qurbanına çevrile bilersiniz. Eks cinsin mensubu ağlınızı başınızdan almasın.

Hissler sizin soyuqqanlı davranışınızı pozaraq arzuolunmaz hereketlere vadar ede biler.
Bu gün birge emlak, fealiyyet ve düşünce tekbaşına çalışmaqdan ve düşünmekden daha üstündür.

Günün ikinci yarısında hissler sizi maliyye itkilerine ve ya izafi xerclere vadar ede biler.
Zeifleşmeyin, emosiyaların zeruri ehtiyacları ve görülesi işlerle bağlı planları üstelemesine imkan vermeyin.

Mümkün tehlükeni real deyerlendirin. Axşam saatlarında çox yemeyin.

Buğa - bu gün bir qeder xaotik tesir bağışlasa da, ireliye doğru hereketde müvazineti itirmeyin. Çetinlikler yaranacaq, amma düşünün: bu problemlerin mövcudluq sebebleri arasında sizin konkret hereketiniz yoxdur ki?!

İşdesize, pul teklif oluna biler. Reqibler daha rahat iş ve ya böyuk perspektivler ved etseler, inanmayın. Ailede ve ya işde kimseye imkan vermeyin ki, sizden sui-istifade ederek öz meramlarının gerçekleşmesine nail olsun. İmkan düşdükce imicinizi yaxşılaşdırın.

Günün ikinci yarısında yorğunluq hissi yaranacaq. Bir qeder dincelin.

Ekizler - yaşam ve iş taktikatınızın deyişdirilmesinin vaxtı çatıb. Bedbin fikirleri unudun, nikbin davranın. Yaşananlar, baş verenlerden faydalanmağa çalışın.

Feqet, çox telesmeyin, heyatınızda köklü deyişikliklere can atmayın. İndiki dövr geleceye inamın güclenmesi ile yanaşı, dumanlı illüziyalar, inandırıcı tesir bağışlayan yalanlar ve puç xeyallar dönemidir.

Ötenlerden beri gelen arzular ve istekler daha tehlükeli ola biler.
Eks cinsin mensubu bu gün sizi de xüsusile maraqlanacaq.

Xerçeng - bilik ve bacarıqlarınız bu gün diqqetden kenarda qalmayacaq. İşde rehberlik mehz bacarığınıza göre size yeni tapşırıq vere biler.

Günün ilk yarısında tanışların ve dostların yardımına bel bağlaya bilersiniz.
Günün ikinci yarısında düşünülmemiş addımlar atmayın, servaxt olun. Bezi cehdleriniz uğursuzluqla neticelene biler. Amma buna göre qemlenmeye deymez.
Axşam saatlarına yaxın bir işde uğur elde edeceksiniz.

Ağır fiziki işlere bir qeder ara verin, ictimai yerlerde çox görünmeyin.

Şir - aile ile bağlı meseleler bu gun ön plana keçecek. Onların arasında ciddi problemin ola bileceyi de istisna deyil.

Hisslerin qeyri-adekvat izharına yol vermeyin. Qısqanclıq ve ya psixoloji asılılığın çox pis meziyyet olduğunu unutmayın.
Nöqsanlarınızdan bedxahlarınızın deyerlene bileceyini unutmayın.

Eqoistlik etmeyin, baş veren hadiseleri ve situasiyanı deqiq deyerlendirin.
Axşam saatlarında bir qeder istirahet edin. Eylene de bilersiniz: niye de yox, siz buna layiqsiniz.

Qız - yaşayış yeri, qohumluq elaqeleri, qeydiyyat, meişetin nizama salınması ile bağlı meseleler xüsusi ehemiyyet kesb edecek.

Tehsil ve bilikle bağlı meselelerin hellinde tenbellik etmeyin.
Bu günün payına düşen işler çox olsa da, ruhdan düşmeyin ve aramla çalışın.

Xeyallar aleminde qalaraq reallıqdan uzaqlaşmayın, gerçeyin acısını fantaziyanın şirin mehsullarından üstün tutun.
İş yerinde gözlenilmez situasiya yaranarsa, narazılıq etmek evezine problemin hellinde iştirak edin.

Terezi - maddi durumunuz yaxşılaşa biler. Maliyye veziyyetinizin seviyyesini artırmaq ve bezi problemleri hell etmek üçün şanslı gündür.

Serfeli ve cazibedar teklif ala bilersiniz. Hemin teklifi deyerlendirin, menfi ve müsbet yönlerini nezerden keçirin.

Günün ilk yarısında görmeli olduğunuz işlerin hamısını başa vurun, axşam saatlarına yarımçıq işler saxlamayın. Yeni fikirler ve ideyalarınızı reallaşdırmaq üçün yaxşı gündür. Lakin bu ideyaları müzakire edin, menfi yönlerinin çetinlikler yaratmasının qarşısını almaq üçün preventiv tedbirler görün.

Yaxşı tanımadığnız ve beled olmadığınız insanlarla ünsiyyet zamanı onlar barede ne düşündüyünüzü söylemeyin. Bunulda hansısa deyişiklikliye nail olmaq şansları çox azdır.
Telebatlarınızı ve cari isteklerinizi temin etmek üçün müeyyen imkanlardan yararlana bilersiniz.
Axşam saatlarını özünüze hesr edin.

Eqreb - bu gün zahiren üzüyumşaq olun, esl diplomat teki davranın. İşde bacarıq ve tecrübenizi artırın. Stil, zövq ve intusiya sahibi olduğunuzu nümayiş etdirin. Bütün bunlar yaxın perspektivdeki meqsedinize çatmağa size yardım ede biler.

Yaxın etrafınızdakı insanların desteyinden yararlana bilersiniz.
Maliyye meseleleri, şexsi heyat, aile qayğıları bu gün xüsusi önem kesb edir.

Günün ikinci yarısında tenbellik etmeyin, hisslerinizin esirine çevrilmeyin, bedxerclik etmeyin.

Oxatan - bu gün bütün istek ve arzularınızı reallaşdırmağa çalışacaqsınız. Fiziki qüvveniz, yaxud da bilikleriniz ve intellektual qabiliyyetlerinizi nümayiş etdirmek isteyirsinizse, bu niyyetinizi texire salın.

Emosiyalar ve hisslerin esirisinizse, bunu özünüze etiraf edin.
İş saatlarında diqqetli olun. Ofisdeki fealiyyetin kenar işlerle evezlenmesine, söhbet ve müzakirelerin konkret emelleri üstelemesine imkan verin.

Tamah, paxıllıq, intriqanlıq, şorgözlük ve ifrat iştah kimi pis xüsusiyyetlerin, heqiqeten de, yaramaz emeller olduğunu unutmayın.

Bütün bunlar psixoloji asılılıq ve xroniki xesteliklerin rehnidir.

Oğlaq - bu gün yaşanacaq hadiselerin zahiri görüntüsüne aldanmayın, yaşananların mahiyyetine varmağa çalışın.

Zahiren buz dağına benzeyib içeride yanıb qovrulmayın. Temkinli, ehtiyatlı, sayıq olun.
Temaslarda ve ünsiyyetlerde düşünüb-daşınmadan qerar qebul etmeyin. Emosiyalarınızı sözlerle izhar etmeye çalışmayın: netice xoşagelmez ola biler.

Konkret insan barede elde etdyiniz melumatın deqiq ve danılmaz olduğuna emin deyilsinizse, nezerde tutduğunuz addımı atmaqdan çekinin.

Yox, eger her şey aydındırsa, onda özünüzü saxlamayın.
Bedxah insan cezalanmalı, Şer yerini bilmelidir.

Dolça - qarşınıza qoyduğunuz meqsede çatmaq üçün maliyye meselelerine aydınlıq getirin, mövcud problemleri derhal, texire salmadan, tecili şekilde çözün. Yaxın etrafınızdakı insanlar, dostlar ve ya iş yoldaşınız yardım etmeye can atsalar, imtina etmeyin.

Aile üzvleri ile münasibetlerde gereksiz sertliyi ve qabalığı unudun. Onların isteklerini ve teleblerini nezere alın.
Problemlerin süretli hellinin intensivliyine aldanaraq qanundan kenar yollara el atmayın. Bele yol ne qeder cazibedar olsa da, cezası ağırdır.

Gün sehhetiniz üçün harmonik deyil.
Emosional durumunuzu pozacaq, hisslerinizin revanlığını alt-üst ederek diskomfort yarada bilecek her şeyden uzaq olun.

Balıqlar - bu gün istenilen ekslikler ve ziddiyyetler yumşalacaq, qarşıdurmalar xefif mübahiselere çevrilecek. En uzaq meqsed ve xeyallarınızdakı hedef real obyekt tesiri bağışlayacaq. Bir çox meseleleri qetiyyet ve ezm hesabına hell edin.

Romantik xisletiniz mümkün qeder aktiv davranış teleb etse de, soyuqqanlı olun, fürsetden derhal yararlanmağa can atmayın.

Çatmaq istediyiniz meqsed ne qeder uzaqda olarsa, inadınız bir o qeder artıq olmalıdır.
Yaradıcılıqla meşğulsunuzsa, ideyalarınızı heyata keçirin, onları zerif ve qebul olunan formaya salın.

Maliyye yardımı ve teşkilati desteyin alınması istisna deyil.
Günün ikinci yarısında daha feal olun. İşinizi sizden savayı kimse gören deyil.


Oxunub 17 defe