Xəbərlər ::

Hadisə :: Şekide qızıl axtaran 3 nefer tutuldu - Biri iranlıdır

30-08-2018 12:54

Bakı şeher sakini Sahil Abuşov, İran İslam Respublikasının vetendaşı Ranjbarnader Hossein ve Sumqayıt şeher sakini Namiq Şahmalıyev Şeki rayonunun Daşüz kendinde “Sebetli” deyilen erazide qızıl zinet ve diger qiymetli eşyalar axtarmaq meqsedi ile qanunsuz olaraq qazıntı işleri aparmaq qerarına gelibler.

DİN Metbuat Xidmetinin Şeki regional qrupundan Payiz.az-a-a verilen melumata göre, asan olsun deye, S.Abuşov tanışı, rayonun Qayabaşı kend sakini Mübariz Zeynalovla elaqe saxlayaraq ona evvelceden müeyyen etdikleri erazide yerleşen fermada cari teserrüfat işleri ile elaqedar traktor lazım olduğunu bildirib.

M. Zeynalov da Novruz Menefovun vasiteçiliyi ile Qax rayonu Qaşqaçay kend sakini Nicat Qurbanov ile danışıqlar aparıb, Daşüz kendinde “Sebetli” adlanan erazide traktora ehtiyac olduğunu bildirib. Daha sonra S.Abuşov hemin eraziye gelen traktorun sürücüsünden evvelceden müeyyen etdikleri erazini qazmağı xahiş edib. Ele qazıntı işleri gederken daxil olmuş melumat esasında Şeki ŞRPŞ emekdaşları hemin eraziye gedib ve onları ele iş başında yaxalayıblar.

Etdikleri emelden boyun qaçırmaq isteyen şexsler polise müqavimet göstererek mesuliyyetden yayınmağa cehd edibler. Onlar saxlanılaraq polis şöbesine getirilibler. Faktla bağlı araşdırma aparılır.


Oxunub 28 defe