Xəbərlər ::

Maraqlı :: Günün qoroskopu - Köhne dostlar ve yaxın insanlarla mübahise etmeyin

12-09-2018 21:09

Payiz.az günün qoroskopunu teqdim edir:

Qoç - Bu gün yarana bilecek istenilen mürekkeb situasiyalardan mütleq çıxış yolu tapacaqsınız. Esla gözlemediyiniz kömekçi ve yardımçılar qefleten peyda ola bilerler. Planlaşdırılmamış gelirler de mümkündür. İş yerinin deyişdirilmesi ile bağlı teklif ala bilersiniz.

Yaxınlarınız ve aile üzvlerinizle münasibetleriniz harmonik, revandır, asanlıqla güzeşte gedirsiniz. Romantik görüş yaxşı keçecek, xeyli teessürat alacaqsınız. Sevimli insana xoş sürpriz etmek üçün elverişli gündür.

Buğa - Etrafınızdakı insanlara qeribe ve menasız tesir bağışlayan qerarlar qebul edeceksiniz. Amma her şeye reğmen meqsede doğru irelileyirsiniz. Tenqidler ve meslehetler sizi yolunuzdan sapdırmayacaq. Günün ikinci yarısında çoxdan hell olunası problemi çözmek ve mövqelerinizi möhkemlendirmek şansı elde edeceksinz.

Diqqet merkezinde olacaqsınız. Yeni tanışlıqlarda ehtiyatlı olun. Bu gün yeni, faydalı işgüzar elaqeler yarada bilersiniz. Sevdiyiniz insanlarla münasibetlerinizde romantika artacaq.

Ekizler - Xasiyyetinizin en yaxşı meqamları bu gün daha qabarıq görünecek. Bu gün hamının xoşuna geleceksiniz. Lakin bu gün reğbet beslediyiniz adamların az sonra bezilerinin size xeyaneti istisna deyil. Analitik işler, hesabatlar, düşünce üçün elverişli gündür. Günün ikinci yarısında serfeli sövdeleşmelere nail ola bilersiniz.

Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin reallaşmasına yaxınlarınızı, tanışlarınızı ve dostlarınızı celb edin. Gün maraqlı, heyecanlı olacaq.

Xerçeng - İntellektual iş üçün uğurlu gündür. Geldiyiniz neticeler paradoksal da olsa, doğrudur. Müşahideleriniz sizi aldatmayacaq. Uzun müddetden beri dil tapa bilmediyiniz adamla bu gün razılığa gele bileceksiniz. Bu ise yaxşı tanışlıq, mehsuldar emekdaşlıq ve ya isti münasibetlerin evveli ola biler.

Temaslar, görüşler, danışıqlar günüdür. Etrafdakı insanlara xoş teessürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin, qüvvelerinizi berpa edin.

Şir - Çoxdan beri kiminlese mübahise etmek isteyirdinizse, isteyinizi bu gün gerçekleşdirin. Opponentinizi "meğlub" etmek ve özünüze inandırmaq üçün bütün şanslarınız var. Nüfuzlu insanlar, dövlet qurumlarının nümayendeleri ile ünsiyyet, danışıqlar, müzakireler üçün elverişli gündür. Nezerde tutduğunuz işi görmek ve ya layiheni heyata keçirmek üçün pul almaq şanslarınız var.

Şexsi meselelerde gün neytral olacaq. Yeni teessüratlar, parlaq emosiyalar isteyirsiniz. Teşebbüskar olun. Etrafdakı insanlar niyyet ve planlarınızdan, çetin ki, xeberdar olsunlar.

Qız - İstenilen yenilikler ve eksperimentler üçün ela gündür. Yeni müttefiqler tapacaqsınız. Hetta evveller terefinizde olmayan insanlar bele arqumentlerinizin sehihliyini dana bilmeyecekler. Maliyye baxımından ise gün o qeder uğurlu deyil. Gelirler özünü bir qeder gözledecek. Nezerde tutulmamış xercler istisna olunmur.

Uğurlu insanlarla temaslar üçün elverişli gündür. Qarşınıza qoyduğunuz meqsedlere çatmaq üçün bu insanlardan enerji ala bilersiniz. Bacarıq ve biliklerinizi artırmağa çalışın.

Terezi - Gün asan olmasa da, baş verecek hadiseler xeyrinize ola biler. Sehvlerden netice çıxarmaq ve başqalarının tecrübesini tehlil etmek çox mühümdür.

Mühüm qerarları tekbaşına qebul etmek isteseniz de, tecrübeli insanların meslehetlerine qulaq asın. Hemin meslehetler niyyetlerinize ve planlarınıza tam uyğun olmasa da, dinleyin.

Şexsi heyatınızda neyise köklü şekilde deyişmeye çalışmayın. Her şeyi yerli-yataqlı düşünmek üçün bir qeder fasile verin. Meqsed ve prioritetlerde deyişiklikler ola biler. Yeni eylence ve maraqların yaranması istisna deyil.

Eqreb - Bu gün diqqet merkezinde olmağa çalışın. Ne qeder çox diqqet celb etseniz, bir o qeder yaxşıdır. Kiminse uğurlarınıza paxıllıq ederek hesed aparması mümkündür.

Feqet, qarşınıza qoyduğunuz işi görmekde size yardım edecek insanlar daha vacibdir. Qefil addımınız, gözlenilmez qerarınız reqiblerinizle düşmenlerinizi zeiflede biler.

Başqa şeherde yaşayan uzaq qohum ve ya tanışdan xeber ala bilersiniz. Sefere ve ya seyahete çıxmaq qerarına gele bilersiniz. Tehtelşüura inanın.

Oxatan - Gün maraqlı meşğuliyyet, helli maraqlı işe çevrile bilecek meselelerle zengin ola biler. Qarşınıza qoyduğunuz meqsede tez çatacaqsınız. Yeni tanışlarla asanlıqla dil tapacaqsınız. Köhne dostlar ve yaxın insanlarla mübahise etmeyin.

Münaqişeleri hell etmeye can atın.

Qefil teklif ve devetlerin alınması istisna deyil. Hadiselerin baş verdiyi mecra xoşunuza gelir. Yaxşılığa doğru deyişiklikler başlana biler.

Oğlaq - Eksperiment ve qeyri-standart qerarlara hazır insanlarla ideyalarınızı bölüşseniz, gün size yeni imkanlar ved edir. Bu gün müttefiq axtarışları ile meşğul olun. Efsuslar olsun ki, müttefiq tapılana qeder ünvanınıza xoşagelmez sözler eşide bilersiniz. Deyilenleri üreyinize salmayın.

Neticesi serfeli anlaşmalar olacaq uğurlu seferler ve seyahetler mümkündür. Gün iş axtarışları üçün de elverişlidir. Kommersiya ve ticaret ile meşğul olanlar serfeli anlaşmalara nail ola bilerler.

Dolça - Aşkar ve qaçılmaz sandığınız qerarların heç de hamısı doğru, vaxtında atılacaq addımlar deyil. Bunu ela anlayırsınız, amma etrafınızdakı adamlar razı deyiller. Onların fikirlerini deyişmek üçün xeyli vaxt serf etmeli olacaqsınız. Emosiyaların esiri olsanız, reqibler sizi üsteleyecekler.

Alış-veriş, gezinti üçün yaxşı gündür. İnteryer ve yaşayış yeri ile bağlı yeni ideyalar sizi tapacaq. Günün ikinci yarısı hediyyeler ala bilersiniz.

Balıqlar - Kiçik problemler ve etrafdakı insanlarla müeyyen anlaşılmazlıqlara reğmen sakit olun, kefinizi pozmayın. Bedxahlar size ziyan vura bilmeyeceklerini anlasalar da, niyyetlerinden el çekmirler. İş yerinde veziyyet pis olmayacaq. Yeni dostlar tapmağınız istisna olunmur.

Dostlar, yaxın insanlar, aile üzvleri ile semimi ünsiyyet üçün elverişli gündür. Etrafdakı insanları anlamağa, onların isteklerini başa düşmeye çalışın. Şexsi heyatınızla bağlı ciddi qerarlar qebul ede bilersiniz.


Oxunub 8 defe