Xəbərlər ::

Sosial :: Çörek üçün istifade edilen unda xestelik tapıldı - Resmi

14-09-2018 16:52

Azerbaycan Qida Tehlükesizliyi Agentliyi (AQTA) Bakı şeherinde fealiyyet gösteren çörek istehsalı müessiselerinde qida tehlükesizliyi üzre mövcud normativ hüquqi aktların, sanitar-gigiyena teleblerinin temin edilmesi istiqametinde tedbirlerini davam etdirir.

AQTA İnformasiya teminatı ve innovativ heller şöbesinden Payiz.az-a verilen melumata göre, heyata keçirilen tedbirler zamanı agentliyin emekdaşları terefinden çörek istehsalı müessiselerinden çörek ve çöreyin istehsalında xammal kimi istifade olunan un mehsullarından nümuneler götürülerek Qida Tehlükesizliyi İnstitutunun sınaq laboratoriyalarına gönderilib.
Aparılmış sınaq nümunelerinin neticelerine esasen Sebail rayonu Badamdar qesebesi E.Nezerov küçesi 4 ünvanında fealiyyet gösteren fiziki şexs Muradov İlqar Nizami oğluna mexsus, Xetai rayonu Neapol küçesi 23 ünvanında fealiyyet gösteren "Xetai-3" Kommersiya İstehsalat Merkezine mexsus, Bineqedi rayonu Bileceri qesebesi Bileceri şossesi ev 25 ünvanında fealiyyet gösteren “31 saylı çörekbişirme müessisesi” MMC-ye mexsus, Bineqedi rayonu Bineqedi qesebesi Bineqedi şossesinde fealiyyet gösteren "Baker Azerbaycan" MMC-ye mexsus ve Xetai rayonu S.Ehmedov küçesi 6 ünvanında fealiyyet gösteren fiziki şexs Esedov Ehtiram Hüseynbala oğluna mexsus çörekbişirme müessiselerinde istifade olunan unda kartof xesteliyi, diger müessiselerde ise istehsal olunan çörek nümunelerinin normativ texniki senedlerin teleblerine cavab vermediyi aşkar olunub.
Kartof xesteliyi aşkar olunan çörekbişirme müessiselerinde nöqsanların etraflı araşdırılması, mezenterikus bakteriyalarının yayılmasının qarşısının alınması üçün tedbirlerinin güclendirilmesi meqsedile yoxlama heyata keçirilmiş ve aşkar olunmuş nöqsanlarla bağlı hemin müessiseler barede yol verilmiş pozuntular aradan qaldırılanadek mehdudlaşdırıcı tedbirlerin tetbiqi barede qerar qebul edilib. Hemçinin hemin müessiseler baresinde sanitariya normalarının ve qaydalarının, gigiyena normativlerinin pozulmasına göre inzibati protokol tertib edilib.
Diger müessiselerde aşkar olunmuş faktlar insan heyatı ve sağlamlığına mühüm tehlüke yaratmadığından, hemin müessise sahiblerine aşkar olunmuş nöqsanların qısa müddetde aradan qaldırılması ve tekrar müayinelerin aparılacağı ile bağlı xeberdarlıq edilib.
Qida Tehlükesizliyi Agentliyi terefinden qida tehlükesizliyi üzre mövcud normativ hüquqi aktların, sanitar-gigiyena teleblerinin temin edilmesi istiqametinde tedbirler davam etdirilir.


Oxunub 8 defe