Xəbərlər ::

İqtisadiyyat :: Fitosanitar Xidmetden fermerlere XEBERDARLIQ

14-09-2018 18:41

Kend Teserrüfatı Nazirliyi yanında Dövlet Fitosanitar Xidmeti fermerlere xeberdarlıq edib.

Nazirlikden Payiz.az-a verilen melumata göre, cari ilin payız mövsümünde payızlıq taxıl ve çoxillik ekin sahelerinde, elece de tebii bitki örtüyü ve meyve bağlarında siçanabenzer gemiricilerin inkişaf dinamikasında artım müşahide olunmaqdadır.

Dövlet Fitosanitar Xidmeti veziyyetin ciddiliyini nezere alaraq fermerlere, teserrüfat subyektlerine ve vetendaşlara xeberdarlıq ederek preventiv mübarize tedbirlerinden istifade olunmasını tövsiye edir.

Preventiv mübarize hem payızlıq taxıl ekini sahelerinin vaxtında şumlanaraq normal bitki sıxlığının alınmasına yönelmiş aqrotexniki tedbirler sistemi, hem de gemiricilere qarşı aparılan mexaniki mübarize üsuludur. Sahelerin kenarındakı sirayetlenmiş merzler çizellenmekle siçanabenzer gemiricilerin yuvaları dağıdılmalıdır. Bağ ve yonca sahelerine dondurma suyunun vaxtında verilmesi gemiricilerle qarşı semereli mübarize üsuludur.

Eks teqdirde vaxtında ve düzgün aparılmayan tedbirler siçanabenzer gemiricilerin ekin sahelerinde artımını süretlendirecek.


Oxunub 28 defe