Xəbərlər ::

SİYASƏT :: Siyavuş Novruzov: "Biz destekledik, seçici Eli Elirzayevi istemedi”

07-09-2015 14:04

Yeni Azerbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov YAP Sebail rayon teşkilatı Şurasının üzvü Eli Elirzayevin ittihamlarına cavab verib.

 

S. Novruzov APA-ya açıqlamasında bildirib ki, partiya bir neçe defe onun namizedliyini destekleyib, sonuncu defe de desteklemesine baxmayaraq, seçiciler onu seçmeyib, istemeyibler.

 

S. Novruzov qeyd edib ki, E. Elirzayev YAP-ın qurucularındandır, “91-ler”dendir ve partiyanın qurulmasından xidmeti olub: “Hetta müeyyen müddet YAP Siyasi Şurasının üzvü olub. YAP terefinden 1995-ci ilde proporsional qaydada Milli Meclise seçkilere namizedliyi ireli sürülüb ve deputat olub. Hemçinin 2000-ci ilde yene partiya terefinden Naxçıvandan namizedliyi ireli sürülüb ve yene deputat seçilib. 2005-ci ilde parlament seçkilerinde yene de YAP terefinden Xetai rayonundan namizedliyi ireli sürülüb. O vaxt partiya terefinden Xetai rayonundakı dairelerden 4 namized ireli sürülmüşdü. Semed Seyidov, Hüseynbala Mirelemov, Eli Elirzayev ve bir de xatırlamadığım bir nefer idi. Eli Elirzayevin namizedliyi 34 saylı seçki dairesinden ireli sürülmüşdü. Ele oldu ki, seçkilerde seçiciler ona yox, Nesib Nesibliye ses verdiler. Hemin vaxt Xetaideki dairelerin birinden Semed Seyidov, birinden Hüseynbala Mirelemov, birinden İqbal Ağazade, birinden de Nesib Nesibli deputat seçildi. 2010-cu ilde ise Eli Elirzayev öz teşebbüsü ile yene o daireden namizedliyini ireli sürdü. Hemin vaxt ise oradan resmi qaydada YAP Güler Ehmedovanın namizedliyini ireli sürmüşdü”.

 

S. Novruzov deyib ki, YAP hemişe öz qurucularına diqqet gösterir ve lazımı desteyi verir: “2005-ci ilde YAP lazımı desteyi gösterdi, amma Eli Elirzayev seçilmedi. Dünya praktikasında da bele tecrübe var ki, bir namized bir daireden seçilmirse, onun namizedliyi tekrar ireli sürülmür. Artıq burda seçicilerin münasibetinden söhbet gedir, yeni onu seçmediler. Ona göre de burada partiyanı günahlandırmaq düzgün deyil. YAP araşdırma aparır, kimin seçiciler terefinden şansı böyükdürse, onun namizedliyini destekleyir. Ola biler kiminse titulu böyük olsun, amma seçici istemir de onu...Seçicini mecbur elemek olmaz axı. İkinci terefden, her bir vetendaşın konstitusion hüququdur ki, namizedliyini ireli sürsün. Onun da namizedliyini vermek haqqı var ve versin. Bundan başqa, YAP hele siyahısını açıqlamayıb, belke onun da adı var, niye siyahı açıqlanmamış bele açıqlamalar verir? Demeli özüne arxayın deyil”.

 

YAP icra katibinin müavini deyib ki, YAP yarananda 550 nefer üzvü olub, bu gün ise partiya üzvlerinin sayı 650 minden artıqdır: “Partiyaya yeni nesiller gelir, YAP öz yerinde dayana bilmez, inkişaf gedir. YAP bu gün regionun en güclü partiyasıdır ve hemişe islahatların, deyişikliklerin terefdarıdır. Yeni gelenlere yer verilir. Biz ele o 550 neferle oturub qalsaydıq, partiyanın geleceyi ola bilmezdi”.

 


Oxunub 561 defe