Xəbərlər ::

İqtisadiyyat :: Babek prospektinde hereket hissesi 16 metre qeder genişlendirilir - VİDEO

17-09-2018 13:24

Azerbaycan Avtomobil Yolları Dövlet Agentliyi terefinden paytaxtın neqliyyat sisteminde mühüm ehemiyyete malik ve uzunluğu 9 km olan Babek prospektinin yeniden qurulması işleri sonuncu merhele çerçivesinde yüksek keyfiyyetle davam etdirilir.

Agentlikden Payiz.az-a verilen melumata göre, prospekt boyunca 4 km-e yeni yaxın kanalizasiya kollektoru, 1000 ve 800 mm diametrli polad borularla 7 km uzunluğunda esas magistral, prospektin sağ ve sol hissesi ile polietilen borularla 11 km uzunluğunda paylayıcı kemerler olmaqla, ümumilikde 30 km-e yaxın su xetti çekilib. Bu işler aidiyyeti qurum terefinden bir neçe gün bundan önce yekunlaşdırılıb.

Layiheye uyğun olaraq prospekt boyu vetendaşların rahat ve tehlükesiz hereketi üçün köhne piyada sekileri berpa olunur ve 15.200 kv.m sahede yenileri tikilir, mövcud yol ayrıcı da sökülerek yeniden qurulur. Yol ayrıcının eninin kiçildilmesi prospektin hereket hissesinin genişlendirilmesine imkan yaradır. Bele ki, prospektin bir istiqamet üzre hereket hissesi 16 metre qeder genişlendirilir.

Hemçinin prospektin yenidenqurulması zamanı avtobusların ümumi herekete manee yaratmadan dayanacaqlara giriş-çıxışını temin etmek meqsedi ile 22 yerde xüsusi “cib”li hisseler tikilir, avtoneqliyyat vasitelerinin rahat ve maneesiz şekilde geriye dönmesi üçün elave zolaqlar ve geridönme hisseler yaradılır, hemçinin yolun işıqlandırılması üçün yol ayrıcında ikiterefli yeni işıqlandırma sistemi qurulur.

Ümumilikde yenidenqurma işlerinin oktyabr ayında yekunlaşdırılması nezerde tutulub.

Qeyd edek ki, Babek prospekti üzerinde tikilen qovşaqlar neqliyyatın hereketini xeyli süretlendirmeye imkan yaradıb. Ancaq qovşaqlar da daxil olmaqla yol uzun iller istismar olunduğundan, yolun hereket hissesinde çökmeler, sürüşme xarakterli deformasiyalar emele geldiyinden esaslı temire ehtiyac var idi. Bu ise öz növbesinde prospekt boyu hereketde müeyyen problemlere sebeb olurdu.


Oxunub 22 defe