Xəbərlər ::

İdman :: Serbest güleşçilerimiz Minskde 3-cü oldular

17-09-2018 13:39

Belarusun paytaxtı Minskde 3 qat olimpiya çempionu Aleksandr Medvedin şerefine keçirilen beynelxalq turnirde serbest güleş üzre yığmamız komanda hesabında 3-cü yeri tutub.

Azerbaycan Güleş Federasiyasından Payiz.az-a verilen melumata göre, baş meşqçi Firdovsi Umudov, meşqçiler Zelimxan Hüseynovla Arif Abdullayevin rehberliyi altında Şerif Şerifovla (92 kq) Cemaleddin Mehemmedov (125 kq) qızıl, Hacı Eliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq) ve Murad Süleymanov (86 kq) gümüş, Murtuzeli Müslimov (70 kq) ise bürünc medal qazanıb. Millimiz bu neticelerle 126 xal toplayıb ve 3-cü yeri tutub. Komandamız yalnız Rusiya (177) ve Belarusdan (169) geri qalıb.

Qadınlardardan ibaret millimiz ise komanda hesabında 4-cü pillede qerarlaşıb. Baş meşqçi Aslan Ağayev ve meşqçi Rövşen Umudovun rehberliyi altında Anjela Doroqanla (53 kq) Tatyana Omelçenko (59 kq) gümüş, Elmira Qemberova (62 kq), İrina Netreba (65 kq) ve Sebire Eliyeva (76 kq) ise bürünc medal elde edib. Yekunda yığmamız 93 xal toplayıb. Komandamızı Çin (164), Rusiya (151) ve Belarus (95) qabaqlayıb.


Oxunub 15 defe