Xəbərlər ::

Təhsil :: Birinci sinfe şagird qebulunun vaxtı uzadılıb

18-09-2018 09:54

Bakı Şeheri üzre Tehsil İdaresinin (BŞTİ) tabeliyindeki ümumi tehsil mekteblerinde 2018-2019-cu tedris ili üçün I sinfe şagird qebulunun müddetini uzadıb.

İdareden Payiz.az-a verilen melumata göre, uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayende) terefinden üzrlü sebeb (fövqelade hal, uşağın ve ya valideynlerin müalicesi, valideynlerin xidmeti ezamiyyete getmesi) gösterilmekle, “Elaqe” bölmesi vasitesile (elektron erize esasında) sentyabrın 17-den oktyabrın 15-dek aparıla biler. Hemin müddetden sonra müracietler qebul olunmayacaq.

Valideynler uşaq elektron qeydiyyatdan keçirildikden sonra müvafiq senedleri mektebe teqdim etmelidirler. Senedler qebul olunduqdan sonra valideyne (qanuni nümayendeye) bu barede qebz verilir.

Qeyd edek ki, paytaxtın ümumi tehsil mekteblerinde 2018-2019-cu ders ili üçün I sinfe şagird qebulu bu il fevralın 22-den başlayıb. Bu vaxtadek proses artıq 2 merhelede heyata keçirilib. Derslerin başlanmasına baxmayaraq, üzrlü sebeblerden geciken valideynlerin müracietlerinin davam etdiyi nezere alınaraq, uşaqların I sinfe qebulu üzre elektron qeydiyyatın ve mekteblerde sened qebulunun oktyabrın 15-dek aparılmasına dair qerar verilib.


Oxunub 14 defe