Xəbərlər ::

Ölkə :: Bilesuvarda ehalinin menzil-meişet şeraitinin yaxşılaşdırılmasına maliyye vesaiti ayrılıb

18-09-2018 14:58

Prezident İlham Eliyev Bilesuvar şeherinde ehalinin menzil-meişet şeraitinin yaxşılaşdırılmasına dair tedbirler haqqında serencam imzalayıb.

Azerbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlet proqramlarının icrası neticesinde Bilesuvar rayonunda bir sıra sosialyönümlü infrastruktur layiheleri yerine yetirilmiş, o cümleden Olimpiya İdman Kompleksi, Gencler Evi, Bayraq Muzeyi, elil ve şehid aileleri üçün ümumilikde 64 menzilli 4 yaşayış binası inşa edilmiş, Rayon Merkezi Xestexanası, Tarix-Diyarşünaslıq Muzeyi esaslı temir olunmuş, 30 ümumtehsil müessisesi istifadeye verilmişdir. Bundan başqa, Bilesuvar şeherinin içmeli su techizatı sistemi yeniden qurulmuş, iri istehsal ve emal müessiseleri yaradılmış, 25 minden çox yeni iş yeri açılmış, yol-neqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işleri görülüb.

Serencamda qeyd edilir ki, Bilesuvar şeherinde istismar müddeti başa çatmış çoxmenzilli binaların sakinlerinin menzil-meişet şeraitini yaxşılaşdırmaq meqsedi ile 48 menzilli yaşayış binasının tikintisi üçün Azerbaycan Respublikasının 2018-ci il dövlet büdcesinde nezerde tutulmuş Azerbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bilesuvar Rayon İcra Hakimiyyetine 3 milyon manat ayrılsın.

Maliyye Nazirliyi serencamda gösterilen mebleğde maliyyeleşmeni temin edecek.


Oxunub 41 defe