Xəbərlər ::

Ölkə :: 50 tona yaxın kartofda zererli orqanizmler aşkarlanıb - VİDEO

20-09-2018 11:46

Cenub Erazi Baş Gömrük İdaresi Bilesuvar gömrük postunda İran İslam Respublikasından Azerbaycana "Gülü-80" MMC terefinden 30 E401-10 /30 E402-10 ve 84B969-10/84B970-10 dövlet qeydiyyat nömre nişanlı yük avtomobilleri ile getirilen her birinde ümumi çekisi 24.700 kq olan kartof mehsuluna "Bilesuvar" gömrük postunda risklerin tehlili esasında ilkin baxış keçirilib ve mehsulda potensial tehlüke törede bilen kartof güvesinin olması şübhesi yaranıb.

DGK-dan Payiz.az-a verilen melumata göre, bununla elaqedar "Bilesuvar" gömrük postuna devet edilen Qida Tehlükesizliyi Agentliyinin Celilabad Regional bölmesinin nezdinde Fitosanitar Nezareti sektorunun mütexesisleri terefinden birge fitosanitar karantin baxışı keçirilerken mehsulda potensial tehlüke törede bilen kartof güvesi "Phthorimaea operculella Zell" izleri aşkar edilib. Aşkar olunan zerervericinin tesdiq edilmesi üçün nümune götürülerek Bakı Regional 2 saylı sınaq laboratoriyasına gönderilib ve tesdiqini tapıb.

Yuxarıda gösterilenlerle elaqedar Gömrük Mecellesinin 14-cü feslinin ve "Fitosanitar nezaret haqqında" Azerbaycan Respublikası Qanununun 13-cü maddesinin (idxal olunan bitki ve bitkiçilik mehsullarında zererli orqanizmlerin sirayetlenme riski yüksek olduğu üçün) teleblerine esasen qeyd olunan her iki avtomobil müvafiq araşdırma aparılması üçün "Bilesuvar" gömrük postunda saxlanılıb ve ölke erazisine getirilmesinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunub 31 defe