Xəbərlər ::

HADİSƏ :: Meşede 9 gün itkin düşen 68 yaşlı kişi ancaq su ve fındıqla qidalanıb - TEFERRÜAT

07-09-2015 19:23

Böyük Qafqaz sıra dağlarının cenub eteyinde, Zaqatala rayonu erazisinden keçen hissesinde itkin düşen 68 yaşlı Bakı sakini 9 gün sonra tapılaraq yaxınlarına tehvil verilib.

 

Hüquq-mühafize orqanlarından APA TV-ye verilen melumata göre, 28 avqust tarixinden Böyük Qafqaz sıra dağlarının Zaqatala rayonu erazisinden keçen hissesinde itkin düşen, 1947-ci ilde Zaqatala rayonunun Mazıx kendinde doğulmuş, hazırda Bakı şeherinin Xetai rayonunda qeydiyyatda olan Şamil Eliyev Zaqatala Rayon Polis Şöbesi emekdaşlarının ve Mazıx kend sakinlerinin birge apardıqları axtarışlar neticesinde sentyabrın 6-da yüksek dağlıq-meşelik erazide sağ-salamat tapılaraq, Zaqatalada yaşayan yaxın qohumlarına tehvil verilib.

 

İlkin araşdırma zamanı melum olub ki, Şamil Eliyev yaylaqdan geri qayıdarken yolu azıb. O, dağlıq-meşelik erazide 9 gün yalnız su ve meşe fındığı ile qidalanıb. Bu sebebden 68 yaşlı Şamil Eliyevde ümumi zeiflik, halsızlıq ve eseb gerginliyi yaranıb. Hekim müayinesinden keçen Şamil Eliyev hazırda Zaqatala şeherinde yaşayan bacısının evinde müalice alır.

 

Qeyd edek ki, Şamil Eliyev avqust ayının ortalarında Böyük Qafqaz sıra dağlarının cenub eteyinin Zaqatala rayonu erazisinden keçen hissesinde, “Şamilovka” adlanan yüksek dağlıq erazide yerleşen yaylağa gezmeye gedib. Yaylaqda çobanların yanında 13 gün qaldıqdan sonra o, avqustun 28-de Zaqatalanın Mazıx kendine geri qayıdarken yolu azıb ve itkin düşüb.


Oxunub 381 defe